Prezidentin köməkçisi: Ermənistan Tərtər şəhərini ağır artilleriya atəşinə tutur, bir mülki şəxs yaralanıb

Prezidentin köməkçisi: Ermənistan Tərtər şəhərini ağır artilleriya atəşinə tutur, bir mülki şəxs yaralanıb

“Tərtər şəhəri Ermənistan tərəfindən ağır artilleriya hücumuna məruz qalır. Bir mülki şəxs yaralanıb. Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc əhaliyə qarşı terror siyasətini davam etdirir. Tərtər Ermənistanın hədəf aldığı bütün hücumlara qətiyyətlə və qürurla müqavimət göstərir”.

SİA-nın xəbərinə görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "twitter" səhifəsində paylaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə