Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında dağıntıların miqyası ağlasığmazdır Hikmət Hacıyev

Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında dağıntıların miqyası ağlasığmazdır Hikmət Hacıyev

30 ildir Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında dağıntıların miqyası ağlasığmazdır. SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.

O bildirib: “Hətta kərpic və daş da talan edilib. Tezliklə, Ermənistanın törətdiyi bu cür dağıntılar geri qayıdan məcburi köçkünlərə daha yaxşı gələcək qurmaq üçün tikinti və inşaatla əvəz olunacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə