"Artıq qarşımızda böyük hədəfləri olan bir Azərbaycan var" - Oktay Hacımusalı

"Artıq qarşımızda böyük hədəfləri olan bir Azərbaycan var" - Oktay Hacımusalı
"Dövlətimizin başçısı, Ali Baş Komandanı İlham Əliyev cənablarının Qarabağın ürəyi olan Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlı xalqa etdiyi müraciətini böyük fəxr və qürur hissi ilə izlədik". Bu fikirləri SİA-ya Türkiyədə fəaliyyət göstərən azərbaycanlı jurnalist Oktay Hacımusalı bildirib. O, qeyd edib ki, dünyadakı bütün azərbaycanlıları bu xalqa müraciəti illərdən bəridir gözləyirdilər: "Həmin an hər kəsin gözü ekranlarda idi. Bu qələbə xəbərindən sonra göz yaşlarımızı tuta bilmirdik. Çünki bu, bizim millətcə bütövləşməyimizin, bir yumruq kimi cənab Ali Baş Komandanımızın ətrafında birləşməyimizin sübutu idi. Biz bu qüruru yaşadıq və artıq əminliklə deyə bilərəm ki, bulunduğumuz regionda yeni bir dönəm başlayır".

"Bu andan etibarən Azərbaycanın yeni regional və qlobal yüksəlişinin şahidi olacağıq", deyən Hacımusalı bildirib ki, bunu qısqanclıqla qarşılayacaq olanlar isə sadəcə bu prosesə uzaqdan baxmaqla kifayətlənəcəklər. Çünki əllərindən heç nə gəlməyəcək: "Hər birimiz üçün müqəddəs və tarixi Şuşa zəfərindən sonra cənab Prezidentimizin də qeyd etdiyi kimi geriyə qalan hər bir qarış torpağımız işğaldan azad olacaq, mənfur ermənilərin viran qoyduğu həmin ərazilərdə yenidən bizim nəfəsimiz duyulacaq. İyirmi yeddi ildən sonra öz tarixi torpaqlarına geriyə qayıdacaq olan vətəndaşlarımızın sevincinə də şərik olmamaq əldə deyil. Biz bu qələbəni millət olaraq yaşadıq. Və İnşaAllah bundan sonra yaşayacağımız qələbələrimizin müjdəçisi məhz Şuşa qələbəmiz olacaq. Üç rəngli bayrağımızın dalğalanacağı bütün ərazilərimizdə nəfəsimiz duyulacaq. Bundan böyük bir fəxr hiss ola bilərmi? Bu hissləri bizlərə yaşatdığı üçün başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla bütün ordumuza təşəkkür edirəm. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza tezliklə öz sağlamlıqlarına qovuşmağı arzulayıram. Bir daha qləbəmiz mübarəkdir!"

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com