Armen Badalyandan: "Qarabağı "tanımaq" heç bir ölkənin marağında deyil" İTTİHAM
“Biz hazırda Ermənistanın əlbəttə ki, rəsmi informasiya məlumatları əsasında döyüş meydanda hər hansı uğurlar qazandığını təsdiq edə bilmərik. Ona görə ki, digər rəsmi məlumatlara görə, Azrbaycan müəyyən əraziləri öz nəzarəti altına alıb”. SİA xəbər verir ki, bunu tert.am saytına erməni politoloqu Armen Badalyan deyib.
Badalyan danışıqların davam etdirilməsi məsələsinə də toxunaraq deyib ki, bütün bunlardan nəticə çıxararaq erməni tərəfi danışıqlar aparmalıdır.
Erməni politoloq Rusiya prezidenti Vladmiri Putinin "Veriləcək hər hansı bir qərar iki tərəfi də qane etməlidir" bəyanatına qarşı tənqidi yanaşan erməni siyasilərini ittiham edərək həmin adamlara təklif edib: “Müxtəlif dairələr Vladimir Putini tənqid edərkən, kimsə onların əllərindən silahı almağa mane olmur. Onda getsinlər Qubadlını, Zəngilanı, Hadrutu, Füzulini və digər regionları “azad” (dırnaqlar bizimdir-R.R.) etsinlər, 27 sentyabra qədər mövcud olan status-kvonu qaytarsınlar. Qoy əllərinə silah alıb döyüşsünlər”.
Hakimiyyətin “Biz qalib gələcəyik” şüarına da inamsız yanaşdığını gizlətmətən Badalyan deyib: “Bu termini hakimiyyət ortaya atıb və həmin şüarın necə nəticələnəcəyinə də özəri cavab verməlidirlər...”
Xarici dövlətərin, xüsusilə həmsədr ölkələrin Qarabağın “müstəqilliyini” tanıması mümkünlüyünə mənfi cavab verən erməni politoloqu bildirib ki, belə bir qərar heç bir ölkəyə sərf etməz: “Əgər Ermənistanda hər hansı başqa hərbi-siyasi situasiya olsaydı bəlkə bu barədə düşünmək olardı. Avropalı siyasətçilər bu məsələyə tərəf deyillər, çünki burada Şotlandiya, Kataloniya kimi bir çox əraziləri var. ABŞ-a isə ümumiyyətlə sərfəli deyil, çünki onun Türkiyə ilə ticari əlaqələri mövcuddur və onu balaca Qarabağa görə itirmək marağında deyillər.
İnanmıram ki, Rusiya da buna getsin. Çünki bu Azərbaycanla açıq münaqişəyə girməkdir ki, bu da rusların maraqlarında deyil”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB