"Azərbaycanın Qarabağı tam azad etməyi gün məsələsidir" ÖZƏL-MÜNASİBƏT
"Ermənistan Baş naziri Nikol Paşinyan Daşnakdütyun partiyasının üzvü və şərqi Anadoludan köçürülənlərdəndi. O, Qarabağda məskunlaşmış ermənilərdən qatı anti-türk və Azərbaycan mövqeyinə malikdir". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Nikol Paşinyan daima bütün təlimatları Daşnaksütyun partiyasından alır: "Bu partiya məhz erməni diasporu və lobbilərlə sıx əməkdaşlığa malikdir. Məhz Daşnaksütyun partiyası faşizmin siyasətini özündə ehtiva edir. Ermənistanın milli ideologiyası bu partiya tərəfindən qurulub və həyata keçirilir. Qeyd edim ki, Nikol Paşinyan Mənim "Addımım İttifaqının" sədri olsada, ələlxüsus Daşnaklarla müttəfiqdir. Məhz bu partiyanın təlimatları ilə Paşinyan Qarabağla bağlı güzəştsiz siyasət və yeni ərazilər uğrunda plan ortaya qoymaqla birbaşa Azərbaycana qarşı daha da aqressiv bir mövqe ortaya qoydu. Onun əsas planı "Miatsum" reallaşdirmaq və ümumimilli bir Liderə çevrilmək idi. Qarabağda yeni infrastruktur qurması, separatçıların tərəf kimi təqdim etməsi, Şuşaya qondarma parlamenti köçürməsi ifrat düşmənçilikdən irəli gəlirdi. Onun millətçi və Daşnaklarla ittifaqı regionda gedən siyasi prosesləri qiymətləndirmədi. İşğal olunmuş ərazilərdə məskunlaşma siyasəti, konkret olaraq danışıqlardan geri çəkilməsi, əsasən, ona verilən təminatdan irəli gəlirdi. İndi siyasi olimpinin qürubuna yaxınlaşır. Azərbaycanın əks-həmlə əməliyyatı və darmadağın olan ermeni silahlı qüvvələrinin kiçik qruplarla dirəşməsində Paşinyanın millətçi və eqoist siyasəti dayanır. Onun müharibənin gedişində çıxışına fikir verdikdə, onun mesajları erməni ifrat ideologiyasının təzahürü idi. Məhz bu ritorika Qarabğada məğlubiyyətə və özünün siyasi cəhətdən deqradasiyasına gətirir. Azərbaycan Qarabağı tam azad etməyi gün məsələsidir və bundan sonra Ermənistan siyasi elitasında problemlər və ölkə iqtisadiyyatı tənəzzülə uğrayacaq. Həmçinin Qarabağdan Ermənistana gedənlər Paşinyana qarşı potensial düşmən və müxalifətdə olacaqlar. Məhz qaçqınlardan istifadə edən köhnə qvardiya olan R. Koçaryan və S.Sarksiyan, V.Balasanyan Nikola qarşı aktiv siyasi etiraz formalaşdıracaqlar. Şuşanın alınması erməni ordusunda ruh düşkünlüynə, döyüşməkdən imtinaya gətirəcək. Bununla da Paşinyana qarşı etirazların baş qaldırmasına gətirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB