Yol Patrul Xidmətinin 6 əməkdaşı işdən qovulub

Yol Patrul Xidmətinin 6 əməkdaşı işdən qovulub
Yol Patrul Xidmətinin 6 əməkdaşı işdən qovulub. SİA-nın Respublika Baş Dövlət Yol Polisi İdarəsinin saytına istinadən yaydığı məlumata görə, idarə rəhbərliyinin müvafiq əmrləri ilə yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirlər görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Yol Patrul Xidmətinin 6 əməkdaşı xidmətdən xaric olunub, xidməti vəzifələrinin icrasında nöqsanlara yol vermiş 5 əməkdaş isə intizam məsuliyyətinə cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə