Jurnalistlər üçün 3 günlük treninq təşkil edilir

Jurnalistlər üçün 3 günlük treninq təşkil edilir

Azərbaycan Media Mərkəzindən "Media dördüncü hakimiyyət rolunda" layihəsi çərçivəsində jurnalistlər üçün 3 (üç) günlük treninq təşkil edir. Mərkəzdən SİA-ya verilən xəbərə görə, təşkil olunacaq təlim jurnalist araşdırmalarının aparılması qaydalarına həsr ediləcək.

May ayının 23-25-də təşkil olunan treninq Azərbaycan Media Mərkəzində baş tutacaq və saat 10:00-13:00-dək davam edəcək. Təlimçi ABŞ fulbright professoru Joanna Lisoskiydir. Təlimdən sonra jurnalistlər nahara dəvət olunacaqlar.

Azərbaycan Media Mərkəzi "Media dördüncü hakimiyyət rolunda" layihəsini Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu və "Yeni Nəsil" Jurnalistlər Birliyi ilə birgə həyata keçirəcək. Layihəni ABŞ səfirliyinin Demokratiya Komissiyasi Kiçik Qrantlar Proqramı maliyyələşdirib. Əlavə məlumatlar və təlimdə iştirakla bağlı mayın 20-dək AMM-nin layihələr üzrə koordinatoru Seymur Kazımovla [email protected] CLOAKING elektron poçtuna yazmaqla və yaxud (012) 493 25 22 nömrəsinə zəng etməklə əlavə məlumat əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə