Araz Əzimovdan sərt bəyanat: “Ermənistan vaxtdan sui-istifadə etməsin”
\"Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlardan real nəticələr gözləyir və Ermənistan tərəfini vaxtdan sui-istifadə etməməyə çağırır\". SİA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O, qeyd edib ki, prosesin davam etməsi istiqamətində müzakirələrin aparılması Azərbaycanın marağındadır: "Əgər vasitəçilər tərəfindən görüşlər olursa, deməli proses davam edir. Onlar bunu çox qabarıq şəkildə yaxşı göstərici kimi qələmə verirlər. Əlbəttə, prosesin davam etməsi, müzakirələrin aparılması Azərbaycanın marağındadır. Amma biz bununla vaxt öldürmək fikirində deyilik. Müzakirlər əsaslı və səmərəli olmalıdır. Biz ümid edirik ki, Rusiya prezidenti Medvedevin iştirakı ilə keçirilən görüşlərin motivasiyası daha da yüksək olacaq. Ümidvar olmaq istəyirik ki, Ermənistan prezidenti həm bizim, həm özlərinin vaxtını qiymətləndirəcək ki bu görüşlərdə məsələlər müzakirə olunsun və həll olunsun".
Araz Əzimov rəsmi Bakının münaqişənin həllində vaxtın getməsindən, lakin ortada bir nəticənin olmamasından narahat olduğunu bildirib: "Əlbəttə ki, bizim prezidentimiz Rusiyanın dəvətinə hörmət edərək bu görüşlərdə iştrak etməyə razı olacaq, ancaq biz istərdik ki, qarşı tərəf bizim xoşməramımızdan, vaxtımızdan sui-istifadə etməsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB