Bəxtiyar Əsgərov Türkiyənin ölkəmizdəki səfirliyində olub FOTOLAR

Bəxtiyar Əsgərov Türkiyənin ölkəmizdəki səfirliyində olub FOTOLAR

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Türkiyə Cümhuriyyətinin keçmiş Baş Naziri, görkəmli dövlət xadimi, ictimai-siyasi xadim Məsud Yılmazın vəfatı ilə əlaqədar qardaş ölkənin Azərbaycandakı səfirliyində olub. SİA-nın verdiyi məlumata görə, Fövqəladə və Səlahiyyətli səfir Erkan Özoralla görüşüb, açılan Matəm Kitabına Naxçıvan Muxtar Respublikası adından başsağlığı yazıb.

Qeyd edək ki,Türkiyə Cümhuriyyəti Azərbaycanın müstəqilliyini tanıyarkən Məsud Yılmaz qardaş ölkədə Baş Nazir vəzifəsini icra edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə