Azərbaycanın 92 mülki vətəndaşı Ermənistan təxribatlarının qurbanı olub Rusiya mətbuatı yazır

Azərbaycanın 92 mülki vətəndaşı Ermənistan təxribatlarının qurbanı olub Rusiya mətbuatı yazır

27 sentyabr - 5 noyabr tarixləri arasında Ermənistanın hərbi təxribatları nəticəsində Azərbaycanın 92 dinc sakini həyatını itirib və 404 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə Rusiyaya məxsus vestikavkaza.ru saytı Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin informasiyasına istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Ermənistan hərbçiləri tərəfindən aparılan intensiv artilleriya və raket atəşləri nəticəsində Azərbaycanın 2.971 fərdi evi, yüz çoxmərtəbəli bina və 502 mülki obyekt qəzalı vəziyyətə düşüb.

Rusiyaya məxsus mətbuat səhifəsində xatırladılır ki, Ermənistan tərəfi sentyabrın 27-də Azərbaycana qarşı hərbi əməliyyatları bərpa edib, Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayıb və indiyə qədər Cəbrayıl və Füzuli şəhərləri, Zəngilan şəhəri və Zəngilan bölgəsinin çox hissəsi, Qubadlı şəhəri, bir çox kəndlər, yaşayış məntəqələri tamamilə işğaldan azad edilib. Qeyd olunur ki, buna cavab olaraq, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mülki əhalisinə qarşı terror hücumları həyata keçirir, sərhəd yaşayış məntəqələrini top atəşi ilə, cəbhədən uzaq şəhərləri isə orta mənzilli raketlərlə atəşə tutur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə