“Ermənistanın cəzasını döyüş meydanında Azərbaycan Ordusu kəsir” RƏY-ÖZƏL

“Ermənistanın cəzasını döyüş meydanında Azərbaycan Ordusu kəsir” RƏY-ÖZƏL

“Ermənistan döyüş meydanında aciz vəziyyətə düşdüyünü və ağır məğlubiyyətə uğradığını yaxşı anlayır. Bu səbəbdən alternativ yollar axtarmaqla özlərini xilas etməyə çalışırlar. Paşinyan müharibənin ilk günlərində xarici ölkə rəhbərlərinə yalvarmaqla vəziyyətdən çıxmağa cəhd göstərsə də, bu, alınmadı. Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi”. Bunu SİA-ya açıqlamasında QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

Onun sözlərinə görə, bir neçə ölkə rəhbəri Ermənistanı müdafiə etməyə çalışsa da, Azərbaycan Prezidenti İlham Əliyevin güclü iradəsini gördükdən sonra həmin ölkələr də geri çəkilməli oldu: “Həmişəki kimi, ermənilər öz xislətini yenidən göstərərək, hərbi əməliyyatlardan xeyli kənarda yerləşən Azərbaycan ərazilərinə raket zərbələri endirmək və mülki əhalinin sıx yaşadığı əraziləri hədəf almaqla Azərbaycan xalqının iradəsini qırmağa çalışdılar. Ermənistanın törətdiyi hərbi cinayət nəticəsində 100-ə yaxın vətəndaşımız həlak olub, 400-dən artıq şəxs isə yaralanıb. Bütün bu hadisələr döyüş meydanından kənarda baş verib. Lakin ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, “Onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər”. Ermənilər, eyni zamanda, ötən dövr ərzində mülki əhaliyə kütləvi zərər vermək üçün kaset silahlardan və ağ fosforlu silahlardan istifadə edir. Bütün bu silahlar beynəlxalq konvensiyalarla qadağan edilib. Çünki bu hərbi sursatlar konkret hədəfə deyil, müxtəlif mülki əhalinin yerləşdiyi ərazilərə yönəlməklə xeyli insanın həyatına son qoya bilir”.

C.Hüseynzadə bildirdi ki, artıq Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməsi ilə bağlı faktlar dünya mətbuatında da geniş yer alıb: “Eyni zamanda, ermənilərin həmin qadağan olunmuş silahlardan istifadə etməsi ilə bağlı “Amnesty International” və “Human Rights Watch” təşkilatları tərəfindən də təsdiqlənib. Beynəlxalq təşkilatlar təsdiq olunmuş bu faktlarla görə, Ermənistana qarşı ən azından müxtəlif qətnamələrin qəbul etməsi baş verməli idi. Çöx təəssüf ki, bu baş vermir. Hazır ki, şəraitdə bu qanunsuz fəaliyyətlərə görə, Ermənistana qarşı hər hansı cəza tədbirinin görülməsi real görünmür.Ermənistanın cəzasını döyüş meydanında Azərbaycan Ordusu kəsir. Amma qadağan olunmuş silahlardan istifadə bağlı bütün faktların toplanması vacibdir. Çünki növbəti mərhələdə yeni reallıqlara Azərbaycan informasiya və hüquq müstəvisində Ermənistanla yeni mübarizəyə qədəm qoyacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə