“Mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayanların hamısı orada sülh və ləyaqət içində yaşamağa davam edəcəklər. Orada yaşayan ermənilər də bizim vətəndaşlarımızdır. Azərbaycanın müxtəlif yerlərində, Bakıda minlərlə erməni yaşayır”, deyə Ali Baş Komandan Cənab İlham Əliyev bildirib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu sözləri İtaliyanın “La Respublika” qəzetinə müsahibəsində söyləyib və bir daha sülh tərəfdarı olduğunu, insanlığa, bəşəri dəyərlərə sadiqliyini bütün dünyaya bəyan etmişdir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri xatırladıb ki, məlum olduğu kimi, erməni təcavüzkarları tərəfindən işqal olunmuş ərazilərdə, eləcə də əvvəllər yüz minlərlə azərbaycanlının yaşadığı Ermənistanda bu gün bir nəfər də azərbaycanlı yoxdur.
Azərbaycanlılar ağır işgəncələrə məruz qalaraq öz ata-baba torpaqlarından didərgin salınmış, qətlə yetirilmiş, şikəst edilmiş, başlarına min bir müsibət gətirilmişdir. Buna baxmayaraq Azərbaycan Prezidenti yenə də sülhə, danışıqlara, münasibətlərin yaxşılaşdırılmasına, düşmənçiliyin aradan qaldırılmasına üstünlük verir, Qarabağ torpaqları erməni faşistlərindən təmizləndikdən sonra ermənilərin ölkəmizdə sərbəst, xoşbəxt yaşayacaqlarını, onların təhlükəsizliyinin təmin edəcəyini bildirir. Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyində isə biz bunun tam əksini görürük. Azərbaycan uzun illər işqal altında olan torpaqlarını düşməndən azad edir, bildirildiyi kimi, BMT Təhlükəsizlik Şurasının 27 ildə həyata keçirə bilmədiyi qətnamələrinin tələblərini yerinə yetirir, faşizmi əzir, Qafqazda sülh, əmin amanlıq yaradır, tarixi ədaləti bərpa edir. Ermənistan silahlı qüvvələri əzilir, məhv edilir, ağır itkilər verir.
Qələbə, uğurlar Azərbaycan tərəfində olmasına baxmayaraq dövlətimizin başçısı, Ali Baş Komandan yenə də sülhü müdafiə edir, atəşi dayandırmağı vacib bilir, beynəlxalq normalara, dövlət başçılarının təşəbbüslərinə hörmətlə yanaşır. Ancaq Ermənistan öz təcavüzkar əməllərindən əl çəkmir. Hər gün dinc əhalini raket atəşinə tutur, ərazilərimizi bombalayır, qadağan olunmuş silahlardan istifadə edir, torpaqları işqal altında saxlamaq, döyüşdə dönüş yaratmaq üçün yeni qüvvələr toplayır, muzdlu döyüşçülər yığır, demək olar ki, bütün çirkin əməllərə əl atır. Əlbətdə ki, belə bir vəziyyətdə Azərbaycan baş verənlərə laqeyd qala bilməz. Ölkəmizin rəhbərinin xatırlatdığı kimi mübarizə torpaqlarımızın son qarışı azad olunana kimi davam etdiriləcək və biz qalib gələcəyik. Çünki haqq bizimlədir. Ədalət bizim tərəfimizdədir. Qarabağ Azərbaycandır!”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB