Türkiyə Azərbaycana 4 ay ərzində 20 milyon dollar həcmində silah satıb

Türkiyə Azərbaycana 4 ay ərzində 20 milyon dollar həcmində silah satıb

Türkiyənin xarici ölkələrə silah ixracına dair məlumatları açıqlanıb. SİA-nın \"Radikal\"qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə yanvar- aprel ayları ərzində 91,2 milyon dollarlıq silah satıb. Xəbərə görə, silah ixracatının böyük qismi Azərbaycanın payına düşür. Bu ilin ilk 4 ayında Türkiyədən Bakıya satılan silah-sursatın maddi həcmi 20 milyon dollardır. Eyni həcmdə Səudiyyə Ərəbistanına, 10 milyon dollarlıq isə ABŞ-a silah satan Türkiyənin bazarında sonrakı yerləri hər biri 5 milyon dollarlıq idxalla Livan, Rusiya, Belçika, Pakistan, İtaliya, BƏƏ və Portuqaliya tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə