Ermənilər Cənubi Qafqazda dərin tarixə malik xalq deyillər - ŞƏRH ÖZƏL
"Cənab Prezidentin son bir ay ərzində xarici mətbuat orqanlarına verdiyi müsahibələri həm bun günün reallıqlarını tam əks etdirir, həm də ermənilərin Cənubi Qafqazda məskunlaşmasının tarixinə aydınlıq gətirir. O cümlədən noyabrın 2-də İtaliyanın “La Repubblica”qəzetinə verdiyi müsahibəsində də bir daha ermənilərin Azərbaycana necə köç etdirildiklərini, onların regiondakı tarixinin nə zamandan bağladığı haqqında tam və əsaslı şəkildə öz əksini tapıb. Ölkə Başçısının da qeyd etdiyi kimi 1805-ci ildə imzalanan Kürəkçay müqaviləsində erməni adlı bir familiya olmayıb". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.
Deputatın sözlərinə görə, bu müqaviləni imzalayan Çar Rusiyasının generalı Sisianovla Qarabağ xanı İbrahim Xəlil xan arasında bağlanıb: "Bu müqavilə imzalandıqda Azərbaycan torpaqlarına, Dağlıq Qarabağa ümimiyyətlə Cənubi Qafqaza erməni ayağı dəyməmişdi. Sonradan bu torpaqlarda erməniləşdirmə siyasəti həyata keçirilib və ermənilər Şərqi Anadoludan, həmçinin İrandan köçürülməsi məsələsi ortaya qoyulub. Yəni, ermənilər Qafqazda dərin tarixə malik xalq deyillər və onlar köçəri olmalarına baxmayaraq köçürüldükləri torpaqlarda özününküləşdirmə siyasəti aparıblar. Bu illər ərzində Azərbaycan torpaqlarında yerləşdirilmiş mütəmadi olaraq azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçiriblər. O cümlədən bu gün Ermənistan dövlətinin qurulduğu ərazilər də tarixi Azərbaycan əraziləridir".
A.Badamov vurğulayıb ki, tarixi toponimlərə diqqət yetirsək görərik ki, bütün toponilər Azərbaycan mənşəlidir: "Tarixin qədimliyində olan toponimlərdə də heç bir erməni mənşəli yer adlarına rast gəlinmir. Cənab Prezidentin qeyd etdiyi kimi onlara bir paytaxt kimi İrəvan da Azərbaycan tərəfindən verilib. 1923-cü ildə də Bolşevik Komitəsinin qərarına əsasən Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması ilə bağlı qərar qəbul olunub. Orada da yenə, Dağlıq Qarabağın Azərbaycana verilməsi yox, Azərbaycan tərkibində saxlanılması məsələsi tam, açıq şəkildə bu qərarda öz əksini tapıb. Bütün bunlar onu göstərir ki, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpaqlarıdır. Son 30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqları ermənilər tərəfindən işğal edilib. Bu gün Azərbaycan ədalətli şəkildə özünün pozulmuş hüquq normalarını bərpa edir və öz torpaqlarından iğalçının hərbi qüvvələri çıxarılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB