Ermənilərin nümayəndə heyəti dövlət dumasının deputatları, “Vahid Rusiya” partiyasının nümayəndələri, eləcə də, Vladimir Jirinovskinin partiyası və özü ilə görüşsələr də əliboş geri qayıdıblar
Ermənistan hakimiyyəti başda olmaqla, ölkənin siyasi partiyaları və ictimai-siyasi dairələri Rusiyanın onlardan üz döndərməsindən ciddi təlaş və narahat olmaqda davam edirlər. Belə ki, Paşinyan hökumətinin əvvəlinci gündən anti-Rusiya xarakterli çıxışlar etməsi, eyni zamanda Sorosun təlimatları əsasında fəaliyyət qurması, daha doğrusu, Rusiyanın erməni xəyanəti ilə qarşılaşması nəticədə Moskvanın ermənilərdən üz döndərməsi ilə müşayiət olunmaqdadır.
Rusiyanın aparıcı siyasi fiqurları da açıq-aydın şəkildə bəyan edirlər ki, Rusiya övladlarının Qarabağ cəbhəsində ermənilərin yerinə ölməyə heç bir maraqları, istəkləri yoxdur
Əbəs deyil ki, Qarabağda işğalçılara qarşı başladılan əks-hücum əməliyyatları və torpaqlarımızın işğaldan azad olunması, əldə edilən qələbələrdən sonra ermənilər Rusiyaya yalvarırlar və xilas olunmaları üçün əllərində olan bütün imkanlardan istifadə etməyə çalışırlar. Amma fakt budur ki, ruslar daha erməniləri hesaba almır, onlara siyasi və s. dəstək verməmək üçün bir sıra dəlilləri ortaya qoyurlar. O cümlədən, artıq Rusiyanın aparıcı siyasi fiqurları da açıq-aydın şəkildə bəyan edirlər ki, Rusiya övladlarının Qarabağ cəbhəsində ermənilərin yerinə ölməyə heç bir maraqları, istəkləri yoxdur. Bu baxımdan, ard-arda Moskva səfərləri edən ermənilər oradan əliboş qayıtmalı olurlar. “Çiçəklənən Ermənistan” parityasının bir neçə gün Moskvada sözün əsl mənasında partiyaların qapılarını sülənmələri də bu reallığı kifayət qədər sübuta yetirir.
“Joxovurd”: “Görüşlərin effektli olması barədə danışmaq çətindir”
Ermənistanın “Joxovurd” nəşri yazır ki, “Çiçəklənən Ermənistan” partiyasının nümayəndə heyəti oktyabrın 29-dan Moskvada olublar, ötən gün isə İrəvana geri dönüblər. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, ermənilərin nümayəndə heyətinə parlamentin vitse-spikeri Vaqe Enfiacyan, Regional məsələlər və Avrasiyaya inteqrasiya daimi komissiyasının sədri Mikael Melkumyan, “Çiçəklənən Ermənistan” fraksiyasının katibi Arman Abovyan və fraksiyanın deputatı Naira Zoqrabyan qatılıblar.
“Əvvəlcə komissiyanın tərkibinə “Çiçəklənən Ermənistan” partiyasının qadınlar şurasının həmsədri Luiza Sarkisyan da daxil olmalı idi, lakin nəticədə onu Naira Zoqrabyan əvəzləyib”, deyə bildirilən məlumatda o da qeyd olunur ki, ermənilərin nümayəndə heyəti Moskvada həm hakim, həm də müxalifət partiyalarının nümayəndələri ilə görüşlər keçirsələr də, səfərin nəticələri ilə bağlı heç nə danışmamaq qərarını veriblər.
“Görüşlər çoxsaylı olub, ancaq onun nə qədər effektli olması barədə danışmaq çətindir”, deyə “Joxovurd” yazıb.
Nəşr həmçinin qeyd edib ki, ermənilərin nümayəndə heyəti ilk gündəcə Dövlət Dumasının deputatları, “Vahid Rusiya” partiyasının nümayəndələri, eləcə də, Vladimir Jirinovskinin partiyası, o cümlədən, onun özü ilə də görüşüblər.
Lakin görünən budur ki, onlar Rusiyanın siyasi elitalarından heç bir dəstək almağı bacarmayıblar və erməni deputatların danışmamaq barədə qərar verməmələri də buna işarə edir. Daha dəqiq desək, uzun illər Ermənistanı qanadları altında saxlayan Rusiyanın siyasi istemblişmenti artıq buna ehtiyacın olmadığını açıq-aydın sərgiləyiblər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB