"Ermənistanın baş naziri xarici medialara müsahibəsində ala-yarımçıq tarix bilgilərini nümayiş etdirməkdə növbəti uğusuzluğa yol verib. Görünür ki, Paşinyan dediyi fikirlərin həqiqilik gücünü artırmaq üçün İlham Əliyevin istifadə etdiyi üslubu təkrarlamaq istəyir, lakin.... Bu günlərdə Paşinyan müsahibəsində guya Azərbaycana güzəştə getməyin mümkünsüzlüyünü əsaslandırmaq üçün faşist Almaniyasının tarixindən misal çəkib və deyib ki, Avropa liderləri Hitleri sakitləşdirmək üçün Sudeti Almaniyaya versələr də, Hitler qane olmadı və daha irəli gedərək bütün Çexoslavakiyanı tutdu. Paşinyanın tarix bilgiləri məhz yarımçıq olduğu üçün gətirdiyi tarixi misalın mahiyyətcə onun öz əleyhinə işləyəcəyinin fərqinə vara bilməyib". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, məsələ burasındadır ki, Paşinyan bütün samballı tarixçilərin əla bildiyi faktı özünəxas yarımçıqlıqla səsləndirib və bilməyib ki, onun aldatmaq istədiyi auditoriyada milyonlarla insan bu faktdan xəbərdardır: "Tarixi arayış- 1938-ci ildə Hitler Çexoslavakiyanın əsasən almanlar yaşayan Sudet vilayətində guya insan hüquqlarının və etnik təhlükəsizlik prinsiplərinin pozulduğunu əsas gətirərək Sudetin Almaniyaya verilməsini tələb etdi. Avropa liderləri Hitlerin iştahasının bununla sönəcəyini zənn edərək güzəştə getdilər. Hətta Britaniyanın baş naziri Çemberlen 1938-ci ilin sentyabrında cəyanətkar Münhen sövdələşməsini London aeroportunda təyyarədən düşərkən havada yellədərək lovğa -lovğa "sevinin ingilislər, Avropanı müharibədən xilas etdim" deyirdi. Hitler sövdələşməni imzalamış İngiltərə, Fransa və Polşa liderlərinin prinsipsizliyindən və darqursaqlığından istifadə edərək 5 ay ərzində bütün Çexoslavakiyanı işğal etdi. Çünki ona insan haqqı -filan yox, gələcək işğallar üçün güclü hərbi sənaye lazım idi və Çexoslavakiya da o zaman Avropanın əsas filiz, polad bazası idi".
Ekspert bildirib ki, Paşinyanın uğursuz tarixi müqayisəsində böyük səhvi odur ki, Hitler özgə torpaqlarını işğal edirdi: "Bu gün Azərbaycan isə öz tarixi torpaqlarını işğaldan geri alır. Təkcə bu fakt kompromislər mövzusunda Faşist Almaniyası ilə Azərbaycanın müqayisə edilməsinin qətiyyən uyğun olmadığını ortaya qoyur. Digər tərəfdən, Hitler 1938-ci ildə Sudetdə guya almanların hüquqlarının pozulduğunu əsas gətirərək əvvəlcə Sudeti, ardınca bütün Çexoslavakiyanı işğal etdiyi kimi, erməni faşistləri də 1989-cu ildə guya ermənilərin hüquqlarının pozulduğunu əsas gətirərək əvvəlcə Dağlıq Qarabağı, ardınca isə dərhal ətraf 7 rayonu işğal etdilər. Fərq o oldu ki, Hitlerin təcavüz planlarına prinsipsiz şəkildə güzəşt etmiş İngiltərə, Fransa və Polşa üçlüyünü 81 ildən sonra Erməni faşistlərinə eyni prinsipsizliklə güzəşt edən Fransa, ABŞ , Rusiya üçlüyü təkrarladı. Demək, tək kompromislər məsələsində yox, bütün məsələlərdə faşist Almaniyası ilə müqayisə olunmalı subyekt Azərbaycan və onun rəhbəri yox, yalnız və yalnız faşist Ermənistan liderləridir".
"Dünyanın siyasi tarixini və geosiyasət tarixini bilməyəndən siyasətçi və diplomat olmaz, dövlət başçısı, baş nazir heç olmaz, olanda da axırı Paşinyan kimi olar"- deyə A.Quliyev vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB