Ordumuzun uğurları üçün siyasi təhlüksizlik çətiri yaradır - ŞƏRH ÖZƏL

Ordumuzun uğurları üçün siyasi təhlüksizlik çətiri yaradır - ŞƏRH ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın "La Repubblica" verdiyi müsahibə Azərbaycanın haqlı mövqeyinin bir daha dünyaya çatdırılması baxımından olduqca əhəmiyyətli idi. Eyni zamanda həm də Azərbaycan ordusunun döyüş meydanında əldə uğurların siyasi-diplomatik müstəvidə gücləndirilməsi məqsədlərinə xidmət edirdi. Çünki hərbi uğurların diplomatik cəbhədə davam etdirilməsi hazırki mərhələdə ən aktual vəzifələrdən biridir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, sentyabr ayının 27-dən bəri Prezident İlham Əliyevin dünyanın ən aparıcı media qurumlarına verdiyi müsahibələr əslində Ordumuzun uğurları üçün siyasi təhlüksizlik çətiri yaradır ki, bu növbəti addımlar üçün yaxşı imkanlar açır: "Hər şeydən öncə məslənin hüquqi tərəflərinə diqqət çəkən Prezident İlham Əliyevin Ermənistanın işğalçı olduğunu və bu işğal faktının artıq 30 – ilə yaxındır ki davam etdiyini bildirməklə bu mərhələdə müvafiq beynəlxalq təşkilatların faktiki olaraq problemin həlli üçün heç bir addım atmadıqlarını, bütün sülh danışıqlarının nəticəsiz qaldığını və yaranmış vəziyyətin işğalçı ölkəni yeni ərzailərimizi işğal etməyə həvəsləndirdiyini bildirdi. Əlbətdə Azərbaycan daha artıq buna dözə bilməzdi və Ermənistanın yeni hərbi-siyasi təxribatları münaqişənin aktiv fazaya keçməsini şərtləndirdi".

H.Babaoğlu vurğulayıb ki, Azərbaycan ordusu qısa müddət ərzində ciddi hərbi naliyyətlər əldə etməklə bütün dünyaya öz gücünü göstərdi: "İllərdir formalaşan məğlubedilməz erməmi orusu mifini darmadağın etdi . Erməni faşizminə əsaslanan işğal siaysətinə böyük zərbə vurmaqla regionda sülhün bərqərar olması üçün yeni şərtlər yaratdı. Terrorçu dövlət olan Ermənistanın dəstəklədiyi terror siyasətinin sülhü təhdid edən vasitə kimi ortadan qaldırılması istiqamətində işğalçı ölkəyə yaxşı dərs verdi. Eyni zamanda işğalçı Ermənistanın regiona cəlb etdiyi çoxsaylı terror təşkilatı üzvlərinin də cinayətlərinin qarşısını aldı. Belələliklə regionda yeni hərbi –siyasi reallıq yaratdı. İşğalçı ölkənin baş naziri Paşinyanı dünya dövlətlərinin liderlərinə fasiləsiz telefon edərək...".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə