Moskvada fəaliyyət göstərən və ermənilərə məxsus olan “Yerevan Plaza” ticarət-əyləncə mərkəzi bağlanacaq. SİA xəbər verir ki, bu barədə Rusiya paytaxtının COVID-19-la mübarizə qərargahının Telegram kanalında qeyd olunub. Bildirilir ki, kompleks 90 sutka müddətində bağlana bilər və buna səbəb kompleksdə aparılan monitoriqnlərin nəticəsidir. Belə ki, noyabırn 4-də mütəxəssislər növbəti reydlərini keçirərkən, orada sosial məsafəyə riayət olunmasını əks etdirən işarələrin olmamasını, xüsusilə, bu halların qalereyada, sanitar qovşaqlarda, liftlərdə və s. yerlərdə müəyyən edilməsini qeydə alıblar.
Bununla yanaşı, “Rospotrebnadzor” mütəxəssisləri maska və dezinfeksiya qaydalarının pozulması faktını da qeydə alaraq kompleks işçilərinin və müştərilərin tələb edilən qaydalara riayət etmədiklərini də bildiriblər.
TASS isə xəbər verir ki, “Rospotrebnadzor”un Moskva üzrə baş ekspert-mütəxəssisi Yelena Kaluqinanın RBK-ya verdiyi açıqlamasına görə sözügedən qayda pozuntuları kəskin respirator xəstəliklərinin, eyni zamanda koronavirus infeksiyasının profilaktikasını aparmağa imkan vermir.
Kompleksin yoxlanışı zamanı rəhbərlik ventilyasiya sisteminin təmizlənməsi barədə informasiya təqdim edə bilməyib.
Mövcud qanun pozuntularına görə, “Yerevan Plaza”nın rəhbərliyini, həmçinin inzibati cəzalar gözləyir. Onlar 500 min rubl cəza ilə yanaşı, fəaliyyətlərini də 90 gün müddətinə dayandırmalı olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB