Ermənilər Qarabağdan İrəvana silah qaçırırlar Ermənistan mətbuatı yazır
Dağlıq Qarabağdan Ermənistana qaçaqmalçılıq yolu ilə daşınan Kalaşnikov avtomatı və 400-ə yaxın döyüş sursatı ələ keçirilib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Syunik bölgəsi və Sisian şöbəsinin polis idarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, polis əməkdaşları, Dağlıq Qarabağdan Ermənistana qanunsuz silah idxalının dayandırılması əməliyyatı zamanı bir UAZ markalı avtomobili saxlayıblar. Salondakı Kalaşnikov avtomatı və 5,45 mm çaplı 75 patronla dolu iki klip, həmçinin 317 müxtəlif çaplı patron tapılıb. Tapılaraq əldə edilmiş silah və sursat götürülüb”, deyə idarənin yaydığı məlumatda deyilir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB