"Ermənistanın bütün cəbhələrdə məğlubiyyəti açıq bir faktdır" - AÇIQLAMA
"Bu gün Azərbaycan haqlı mövqedədir və özünün ərazi bütövlüyünü qorumaq üçün əks-hücum əməliyyatlarını davam edir. Artıq Azərbaycanın xeyli ərazisi düşməndən azad edilib. Və bunu görən erməni lobbisi və onun havadarları yenə də özünün növbəti uydurma yalanlarını işə salıblar. Ermənilər müxtəlif ölkələrdə olan lobbiçiləri və havadarları vasitəsi ilə müxtəlif telekanallarda, müxtəlif saytlarda, müxtəlif media qurumlarında növbəti təxribatlarını, yalanlarını yaymaqla məşğuldurlar. Yenə də dünya ictimaiyyətini aldatmağa cəhd göstərərək, guya xarici vətəndaşların Azərbaycanda təzyiqlərə məruz qaldığını göstərməyə çalışırlar. Amma biz əks-hücum əməliyyatlarına başlamışıq. Cənab Prezident başda olmaqla, bütövlükdə Azərbaycan ictimaiyyəti, kütləvi informasiya vasitələri, televiziyaları, Azərbaycanla Türkiyənin dünyada təşkil etdiyi lobbilərimiz də bu istiqamətdə vahid mövqedən çıxış edirlər. Düşünürəm ki, biz bu mövqeni daha da inkişaf etdirməliyik. Təkcə müharibə dövründə, hərbi vəziyyətdə yox, eyni zamanda post-müharibə dövründə də bu fəaliyətimizi davam etdirməliyik". SİA-nın məlumatına görə, bunu açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, politoloq Rufiz Qonaqov deyib.
Ekspertin sözlərinə görə, bu gün Azərbaycanın cəbhədə qalib gəlməsinin əsas səbəblərindən birincisi ökədə ictimai-siyasi həmrəyliyin, birliyin olmasıdır: "Biz bu gün ölkədə fəaliyyət göstərən 50-dən çox siyasi partiyanın, bütövlükdə cəmiyyətin vahid bir mövqedən çıxış etdiyini görürük. Hətta dünyada olan Türkiyə və Azərbaycan lobbisi bir araya gəlib və hesab edirəm ki, bu xətt davamlı olmalıdır. Bu xətt inkişaf etdirilərsə, əlbəttə ki, Azərbaycanın bütün sahələrdəki uğurları da dünyada düzgün yayılacaq. Düşünürəm ki, ermənilərin həm diplomatiya, həm hərbi, həm də informasiya cəbhəsində ölkəmizə uduzması bir faktdır".
R.Qonaqov vurğulayıb ki, 2016-cı ildə aprel döyüşlərindən sonra artıq bu baş vermişdi və biz yüksələn xətt üzrə gedirik: "Eyni zamanda biz bilirik ki, erməni lobbisi, diasporası Azərbaycan lobbisindən çox-çox əvvəl təşkil olunub, təşkilatlanıb. Erməni diasporası hətta ABŞ-da, Avropanın bir sıra ölkələrində ciddi təsirə malikdirlər. Buna baxmayaraq bu gün Azərbaycana uduzurlar. Bu uğurun səbəblərindən ən əsası da odur ki, Azərbaycan haqlı olan tərəfdir, heç kəsin torpağını işğal etməyib, əksinə, işğala məruz qoyulub. Ermənistan işğalçı ölkədir, terrorçu ölkədir və bu gün də müharibə cinayətlərini törətməklə özünün nə dərəcədə məkirli, xain, qatil millət olduğunu göstərir. Bu gün yalançı Ermənistanın nə deməsindən asılı olmayaraq, artıq dünya ictimaiyyəti də bilir ki, Qarabağ Azərbaycanın ərazisidir və bu gün biz əks-hücum əməliyyatlarını apararkən hər bir addımımız hesablanır. Amma təbii ki, Ermənistanın havadarları çalışırlar ki, dünyaya çaşdırıcı informasiyalar yaysınlar. Məncə onlar öz istədiklərinə nail ola bilməyəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB