“Mənim döyüşə getmək barədə hansısa bir planım yoxdur”. SİA Ermənistana məxsus aysor.am saytına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın ədliyyə naziri Rüstəm Badasyan, jurnalistlərin ona ünvünladığı cəbhəyə gedib-getməyəcəyi barədə sualını cavablandırarkən deyib.
Məlumatda qeyd olunur ki, Ermənistanın ədliyyə naziri cəbhəyə getmək niyyətinin olmaması barədə aydın şəkildə fikirlərini açıqlayıb. "Mənim belə bir planım yoxdur", deyə Rüstəm Badasyan bildirib.
Xatırladaq ki, 27 sentyabr tarixində Ermənistan tərəfinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbi əməliyyatlara başlayıb, işğal altında olan Azərbaycan torpaqlarını terrorçulardan, separatçılardan, işğalçılardan təmizləyir və bu vaxta qədər işğal altında saxlanılan 200-dən çox yaşayış məntəqəsi işğaldan azad edilib, geri qaytarılıb. Qeyd edək ki, uğurlu əməliyyatlar fonunda rəşadətli əsgərlərimiz düşmənin canlı qüvvəsini, hərbi texnikasını, silah-sursatını məhv etməkdə davam edir və artıq çoxlu sayda hərbi texnika və sursat qənimət kimi götürülüb. Onu da diqqətə çatdıraq ki, əhəmiyyətli dərəcədə canlı qüvvə itgisinə məruz qalan və artıq döyüşə göndərməyə əsgər tapa bilməyən düşmən könüllülərin, hətta səlahiyyətli məmurların, eləcə də qadınların döyüşə cəlb edilməsi kimi çıxılmaz vəziyyətdə qalıb və Ermənistanın ədliyyə naziri Rüstəm Badasyana jurnalistlərin ünvanladığı sual da bu baxımdan anlaşılandır. Nəzərə çatdıraq ki, bütün bunlara baxmayaraq, Ermənistan silahlı qüvvələrində fərarilik baş alıb gedir, erməni əsgərlər döyüş mövqelərini, silah-sursatı qoyub qaçır və Rüstəm Badasyanın timsalında işğalçı ölkə vətəndaşları Dağlıq Qarabağ ərazilərində döyüşməkdən imtina edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB