“Bild” jurnalının department rəhbəri erməniləri ifşa etdi - FOTOFAKT
Almaniyanın nüfuzlu "Bild" nəşrinin siyasət departamentinin baş redaktoru Julian Ropke özünün "Twitter" hesabında Ağdam şəhəri ilə bağlı fotoları- bu şəhərin 1991-ci ildə necə olduğunu və Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçdikdən sonra necə olduğunu göstərən şəkilləri paylaşıb.
"Ciddi deyirəm, əziz ermənilər, mənə "etnik təmizləmə" və "sizin Vətəni müdafiə etdiyiniz" haqda danışmağı dayandırın. Yüz minlərlə yerli insanın qovulduğu Azərbaycan ərazisində vuruşursunuz. Ağdam, etdiklərinizin ən parlaq nümunəsidir"- baş redaktor yazır.
Ropke Ermənistan tərəfini "özünü bədbəxt qurban kimi" və özlərini "Azərbaycan hərbçilərinin onlara nə üçün hücum etdiyini başa düşməyən kimi" göstərməməyə çağırıb.
"Siz onların torpaqlarında döyüşürsüz, onlar sizin deyil"- "Bild"in siyasət departamentinin baş redaktoru yazıb.
Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB