Ermənilər ancaq xain və fərarilərdən danışır Ermənistan mətbuatı yazır

Ermənilər ancaq xain və fərarilərdən danışır Ermənistan mətbuatı yazır

Son günlər Ermənistan cəmiyyəti yalnız xainlərdən və fərarilərdən danışır. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.
Qəzet yazır ki, Ermənistan və qondarma Dağlıq Qarabağ respublikası səlahiyyətliləri Azərbaycan Ordusu qarşısından qacanları, xainləri və fərariləri tapıb cəzalandırmağa qərar veriblər.

Nəşrin yazdığına görə, Ermənistanın baş naziri əvvəlcə orduda xainlərin olmasından danışıb, sonra mətbuatda daha konkret şəkildə adlarını çəkib və indi qondarma rejim prezidenti eyni məsələ ilə məşğul olur.
Həmçinin bildirilir ki, dünən qondarma rejim rəhbəri qəribə bir açıqlama verərək, müharibənin ilk günlərindən etibarən Qarabağı tərk edən yüksək rütbəli və aşağı dövlət məmurlarının biabırçı davranışlarına görə hər kəsin işdən çıxarılacağını söyləyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə