Medianın inzibati təzyiqi bəzi media qurumları üçün başqa bir həyati məsələ halına gəlib. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Jurnalistlər Birliyinin sədri Satik Seyranyan, Ermənistan prezidentinə, parlament qüvvələrinə göndərdiyi bir məktubda, Ermənistan hökumətinin qurduğu şərtlərə etiraz etmək üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəyini bildirib.
"Cəmiyyəti həyat və təhlükəsizliyi ilə əlaqəli mövzularda çox ehtiyac duyulan mübahisələrdən, görüşlərdən və məmurların çatışmazlıqlarını tənqid etməkdən məhrum edən bu qeyri-mütənasib məhdudiyyətlər, siyasi məqsədəuyğunluq səbəbiylə gerçəkliyin tək tərəfli diktəsindən başqa bir şey deyil", deyə birliyin məktubunda bildirilir.
Satik Seyranyanın məktubuna cavab olaraq “Parlaq Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan dördüncü hakimiyyətin cərimələnən nümayəndələrinə alternativ həll təklif edib.
Məlumatda qeyd olunur ki, Ermənistan hakimiyyəti söz azadlığını məhdudlaşdırma yolunu seçib və demokratiya, söz azadlığı uğrunda mübarizədən dəm vuran ölkədə vətəndaş məlumat almaq hüququndan məhrum edilməməli və KİV-lər məlumatları çatdırmalıdır. Bildirilir ki, amma bu hökumətin əsas rəqibi, Nikol Paşinyandır, onun qarşısıalınmaz kompleksi var və o məlumat vermək hüququnu yalnız özündə saxlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB