Qarabağda məğlubiyyət, ölkədə qiyam: erməni ictimai rəyi qan ağlayır ANALİTİK

Qarabağda məğlubiyyət, ölkədə qiyam: erməni ictimai rəyi qan ağlayır ANALİTİK

Deputat Gevork Petrosyan: “Paşinyan özünün populist çıxışlarını kəsməlidir, müharibə başlayanda o şoular düzənləyirdi”

Ermənistanda baş nazir Nikol Paşinyana qarşı hiddət və nifrət hissləri çoxalmağa başladıqca, ölkənin bir sıra siyasi-ictimai xadimləri, eləcə də mövcud siyasiləri, deputatları və s. şəxslər mövcud hakimiyyəti hədəfə alaraq, Qarabağda aldıqları ardıcıl məğlubiyyətlərn, çoxsaylı itkilərin hesabını sormağa başlayıblar. Əbəs deyil ki, artıq ölkədəki nüfuzlu şəxslərlə yanaşı, ölkədən köənarda fəaliyyət göstərən lobbistlər, diaspora təmsilçiləri, habelə oliqarxlar etiraz sslərini ucaldırlar. Hətta belə qənaətə gəlmək mümkündür ki, Ermənistan Qarabağdakı müharibədə aldığı ciddi zərbələrin aldınca, ölkə daxilində də qiyam ab-havası əsməyə başlayıb.

“Mənim oğlum artıq 20 gündür ki, müharibədədir və ondan heç bir xəbər-ətər yoxdur”

Bu arada, daha bir erməni deputatı, “Çiçəklənən Ermənistan” partiyasının təmsilçisi Gevork Petrosyan hiddətini açıq-aşkar nümayiş etdirməklə öz itithamlarını sürdürməyə davam edib. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni parlamentarisi növbəri çıxışında ən sərt ifadlərdən istifadə edərək, Nikol Paşinyanı hakimiyyətini əlində saxlamasını xalqı güdaza verməsi ilə əlaqələndirib. Daha dəqiq desək, onun çıxışı bilavasitə erməni xalqının münasibəti olaraq da qiymətləndirilə bilər.

“Mənim oğlum artıq 20 gündür ki, müharibədədir və ondan heç bir xəbər-ətər yoxdur”, deyən Petrosyan Paşinyanın populizm üzərində köklənən çıxışlarına son qoyulmalı olduğunu qeyd edib: “Paşinyan özünün populist çıxışlarını kəsməlidir, müharibə başlayanda o şoular düzənləyirdi”.

“Qadın batalyonları hazırlayırdı, deyirdi ki, bütün məmurlar müharibəyə gedəcəklər – bəs hanı onlar, niyə getmədilər?”

Deputat baş nazirin daha bir şousunun və populizminin onun qadınlar batalyonunun yaradılması və məmurların cəbhəyə yollanacağı ilə bağlı fikirləri ilə əlaqələndirib. Onun sözlərinə görə, bu gün cəbhəyə qadınlar gööndərilirsə, bunun özü erməni kişiləri üçün rüsvayçılıqdır.

Lakin digər tərəfdən, Petrosyan Pşainyandan növbəti hesabı soruşmağı da unutmayıb. “Qadın batalyonları hazırlayırdı, deyirdi ki, bütün məmurlar müharibəyə gedəcəklər – bəs hanı onlar, niyə getmədilər?”, soruan deputat əlavə edib: “Nikol deyirdi ki, kimdə hansı forma varsa, qoy götürüb cəbhəyə yollansın. Bu nə münasibətdir?!”

“Forma yoxdur! Silah yoxdur! Bəs büdcə hansı?!”

Petrosyanın daha bir ittihamı İrəvan meriyasındadır. O, bir müddət əvvəl İrəvan merinin Qarabağa döyüşməyə gedəcəyini əks etdirən fotolarını xatırladaraq, indi merin paytaxtda avtobus dayanacağı tikdirdiyini bildirib. O, bütün bunların reaklam, populizm və cinayətkarlıq adlandırıb. Belə ki, cəbhədə silah, ərzaq qıtlığı var və ölkənin bitməkdə olan büdcəsi boş-boş xərclərə israf olunur.

“Forma yoxdur! Silah yoxdur! Bəs büdcə hansı?! Bu pullara silah almaq lazımdır! Bəsdirin, oyanın! Sonra çox gec olacaq!”, deyə “Çiçəklənən Ermənistan” partiyasının deputatı ittihamlarını hiddətlə davam etdirib.

Söz yox ki, bütün bu kimi çıxışlar həqiqətən də Ermənistanın nə qədər ağır bir durumda olmasını sübut edir və belə bir proqnoz irəli sürməyə şərait yaradır ki, artıq ölkədaxili qiyam da çox yaxındadır. Erməni xalqı anlamağa başlayıb ki, Qarabağ onların torpağı deyil və övladlarının başqasına mənsub olan torpaqlarda öldürülməsinin əsas baiskarlarından biri də məhz Nikol Paşinyan hakimiyyətidir. Artıq Ermənistanda Nikol Paşinyan pafosunu xalq hiddəti boğmağa başlayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə