Ermənilərin fosfor bombası ilə bağlı iddisını Zelenski rədd etdi

Ermənilərin fosfor bombası ilə bağlı iddisını Zelenski rədd etdi

Zelenski Azərbaycana fosfor bombaları tədarükü ilə bağlı Sarik Andreasyanın açıqlamalarını rədd edir. SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumatda bildirilir ki, Ukrayna Prezidenti Vladimir Zelenski, rus-erməni rejissoru Sarik Andreasyanın Kiyevin Dağlıq Qarabağdakı döyüşlər üçün Azərbaycan tərəfinə fosfor bombaları verməsi barədə iddialarını rədd edib.
Xatırladaq ki, bir qədər əvvəl Andreasyan, Dağlıq Qarabağdakı müharibə səbəbindən Zelenskiyə müraciət edib və rəsmi Kiyevin Azərbaycana fosfor bombaları satmasını iddia edərək, erməni uşaqlarının ölümündə Zelenskini günahlandırıb.
"Ukrayna, ümumiyyətlə heç vaxt, heç bir yerə, xüsusilə geosiyasi məsələlər olan qaynar nöqtələrə fosfor bombası verməmişdir", deyə Zelenski öz Telegram səhifəsində yazıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə