Paşinyanın Putinə məktubundan sonrakı manipulyasiyası TƏHLİL

Paşinyanın Putinə məktubundan sonrakı manipulyasiyası TƏHLİL

Ermənistanın Xarici İşlər Nazirliyi xəbər yaydı ki, 31 oktyabrda Ermənistan baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə bir məktub göndərib və məktubda Ermənistanda yaranan vəziyyət və ortaya çıxan problemləri ətraflı izah etməyə çalışıb. Eyni zamanda, məktubda Nikol Paşinyan Rusiya prezidentindən ölkəsinə kömək etməsi barədə nəinki xaiş, hətta yalvarış da edib. Bu arada diqqətə çatdıraq ki, erməni baş nazir 1997-ci ildə Ermənistan və Rusiya arasında "29 Avqust tarixli Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişi” barədə Putinə xatırlatma da edib ki, bəlkə nəyə isə nail ola bilsin. Amma Rusiya lideri Ermənistanın baş nazirinə tutarlı cavab verib. Bildirib ki, onun xatırlatdığı saziş yalnız münaqişənin Ermənistan torpaqlarına daşındığı zaman hüquqi qüvvəyə malik ola bilər və bu da Dağlıq Qarabağdakı münaqişə fonunda Rusiyanın Ermənistana kömək göstərməyəcəyi barədə növbəti rəsmi, kəskin cavabı idi.

Xatırladaq ki, sözügedən müqavilənin ikinci maddəsində deyilir: "Yüksək Razılığa gələn tərəflər, Ermənistan Respublikasının təhlükəsizliyinin təmin edilməsində, Rusiya Federasiyasının suverenliyini və ərazi bütövlüyünün qorunmasında bir-biri ilə sıx əməkdaşlıq edəcəklər". Yəni, biri, ona qarşı silahlı hücum təhlükəsi olduğunu düşündükdə, birgə müdafiəni, sülhü və qarşılıqlı təhlükəsizliyi təmin etmək üçün dərhal məsləhətləşəcəklər. Bu məsləhətləşmələr, razılığa gələn bir tərəfin digər yüksək razılığa gələn tərəfə vəziyyəti həll etmək üçün göstərəcəyi köməyi, yardımı və miqdarını guya təyin etməli idi ki, bu da ermənilərin necə deyərlər, boğazında qaldı.

Rusiya Xarici İşlər Nazirliyi bu gün Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə etdiyi müraciətə cavab verib və elə həmin cavabda da eyni ilə sadaladığımız məsələlər erməni baş nazirinə bildirilib və diqqətinə çatdırılıb ki, bu müqavilənin bəzi maddələri tərəflərin ərazilərinə qarşı hərbi təhdid və ya təcavüz halında müvafiq hərəkətləri nəzərdə tutur.

Rusiya Federasiyasının belə bir cavabından sonra Ermənistanın hökumət dairələrində son ümidin puç olması səbəbi ilə əməlli-başlı qıcıq meydana gəlib. Bu qıcıq da ona görədir ki, Nikol Paşinyanın müraciətinə Rusiya tərəfi bir növ diplomatik qaydada rədd cavabı verdi. Məsələnin bir az daha dərinliyinə varsaq, təfərrütlarını araşdırsaq görürük ki, Nikol Paşinyan istər hərbi, istərsə də diplomatik müstəvidə məğlubiyyətlərini ört-basdır etmək, daxili auditoriyanın ona qarşı yönələn kinini, qəzəbini neytrallaşdırmaq üçün belə bir manipulyasiya əl atsa da, vəziyyətdən çıxmağa ümidlənsə də, ruslar onun ümidlərini dağıtdı. Ermənistan ictimaiyyətinin öz baş nazirindən ruslara yalvararaq kömək istəməsi tələbinin olduğunu, ermənilərin özləri üçün çıxış yolu olaraq yalnız Rusiyanın yardımına ümid etdiklərini nəzərə alaraq deyə bilərik ki, Putinin Paşinyana bir növ rədd cavabı bütün erməni cəmiyyəti üçün məğlubiyyətlərinin tezliklə rəsmiləşdirilməsi proqnozu və ruh düşkünlüyü deməkdir. Bu eyni zamanda, bir vaxtlar küçələrə toplaşan kütlənin ən yaxında bir də toplaşması və Paşinyana qarşı çıxması, onu hakimiyyətdən uzaqlaşdırması anlamına gəlir ki, bunu hamıdan yaxşı elə erməni baş nazir özü bilir. Çünki, həmin idarəedilməz kütlənin mühiyyətini Nikol hamıdan yaxşı bilməlidir və bu idarəedilməz kütlədən ikicə il əvvəl hiyləgərcəsinə də elə özü istifadə edib, dövlət çevrilişi yolu ilə hakimiyyəti qamarlayıb. Məhz bu baxımdan Paşinyan onu nələr gözlədiyini ən azından devirdiyi Serj Sarkisyan qədər bilir və aqibətinin də oxşarlığına zərrə qədər şübhəsi ola bilməz. Elə bu baxımdan da əl-ayağa düşüb və hakimiyyətdəki qıcıq da məhz bundan qaynaqlanır.

Vəziyyətin nə ilə nəticələnəcəyini dərk etdiyi səbəbdən Ermənistan hakimiyyətinin təbliğat maşını dərhal işə salındı və vəziyyəti neytrallaşdırmaq məqsədi ilə tapşırıqlar almış politoloqlar meydana atıldı. Meydana atılan bu politoloqlar da hökumətin guya Rusiyanın gəlməyə hazır olduğu kimi bir, əvvəlcədən planlanan neytrallaşdırıcı tezisini dövriyyəyə buraxdı.

Amma reallıq budur ki, Paşinyan müharibənin 34-cü günündə durmadan itirməkdə oduğu canlı qüvvəni, hərbi texnikanı, silah-sursatı, nəticə etibarı ilə dövlət büdcəsinin maddi vəsaitlərini, əraziləri deyil, yalnız öz hakimiyyətini qorumaqla məşğuldur və addımları ölkəni bu vəziyyətdən çıxarmaq üçün hesablanmayıb. Belində çanta küçələrdə dolaşan nümayişçi, bir aydan da az müddətdə Soros kimi şər iblisinin ssenarisi ilə oynadığı oyunlar hesabına hakimiyyəti zəbt etdikdən cəmi ikicə il sonra ələ keçirdiyini əldən verməmək üçün çabaları diqqətdən yayınan deyil və bütün fəaliyyəti yalnız bu hədəfə yönəldilib. Bir sözlə, Nikol Paşinyan Rusiyaya ermənilərə dəstək üçün deyil, məsləhət üçün müraciət etmişdi və məqsədi də özünü, öz hakimiyyətini sığortalamaq idi ki, bu arzusu da gözündə qaldı.

Nikol Paşinyanın ümudlərinin, arzularının puç olduğunu Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan da bildirib. Erməni millət vəkili Tiqran Urixanyan da haqlı olaraq, baş nazirin məktubunun “baxdıq, təqdim etdik, qovdular” versiyasına bənzədiyini qeyd edib.

Onu da xatırladaq ki, bir müddət əvvəl Ermənistanın eks-prezidentləri Robert Koçaryan və Levon Ter-Petrosyanın ölkələrinin düşdüyü acınacaqlı durumda yardım, kömək yalvarışları etmək üçün Moskvaya yollanacağı barədə erməni mətbuatı məlumatlar yayımladı. Məlumatlarda deyilirdi ki, Rusiya hakimiyyət dairələri ilə danışıqlar aparması üçün eks-prezidentlərin Moskvaya yollanmasına guya Nikol Paşinyan razılıq vermişdi. Nədənsə, bir müddətdən sonra onların səfəri təxirə salındı və məlum oldu ki, Nikol onlara nə danışacaqları barədə “ssenari” verib, onlar isə buna razılıq verməyiblər və səfər də bu səbəbdən təxirə salınıb. Bir müddət keçdikdən, erməni cəmiyyətinin təkidli tələbindən sonra bir də məlumat yayıldı ki, guya bu dəfə Moskvaya Robert Koçaryan yollanacaq və ermənilər belə hesab edirlər ki, şəxsi münasibətləri zəminində onun sözü Rusiya hakimiyyət dairələrində hesaba alına bilər və bu səbəbdən də Paşinyan onun getməsinə razılıq verib. Amma bu günlərdə daha bir informasiya, daha doğrusu dezionformasiya dövriyyəyə buraxıldı ki, guya Robert Koçaryan koronavirusa tutulub və bu səbəbdən Moskvaya göndərilməyəcək. Belə məlum olur ki, Paşinyan dolayısı ilə eks-prezidentlərin səfərinə hər zaman, hər vəchlə mane olub, buna ümumiyyətlə razı olmayıb. Əlbəttə, səbəb də odur ki, baş nazir postunda əyləşən beli çantalı küçə nümayişçisi özünə rəqib bildiklərini, ələlxüsus da bir müddət həbsdə saxlatdırdığı rəqibini danışıqlara göndərərək onların siyasi divident qazanmasını istəmir. Küçə nümayişçisi olsa da dərk edir ki, özünün apara bilmədiyi danışıqları rəqiblərinin aparması onun üçün olmayan nüfuzunun tamamilə məhv olması, siyasi karyerasının, mövcudluğunun da sonu deməkdir. Bir sözlə, bu addımı ilə də təsdiq etdi ki, onu nə Qarabağ, nə Ermənistan, nə də ermənilərin taleyi maraqlandırmır və onun marağı öz haklimiyyətini, postunu müdafiə etməkdir.

Ermənistana məxsus mətbuat səhifələrində dırnaqarası “rəşadətli erməni əsgərinin” məğlubiyyətlərinin, açınacaqlı vəziyyətinin, döyüş meydanını, hərbi texnikasını, silah-sursatını qorxaqcasına qoyub qaçmasını, mövqelərini itirmələrini gizlətməsi Paşinyan hakimiyyətinin təbliğat maşınının “fədakar əməyinin” məhsuludur. Bu da əlbəttə ki, Nikolun hakiyyətinin qorunması, onun bir vaxtlar ələ aldığı, daha doğrusu ələ saldığı kütlənin ona qarşı çıxmasının qarşısının alınması məqsədi güdür ki, bu məqsəd də Paşinyanın manipulyasiyaları sırasındandır.

Erməni baş nazirinin Rusiya prezidentinə ünvanlanan məktubuna rədd cavabından sonra həmin təbliğat maşınının fəaliyyətə başlaması eyni məqsədə, kütlənin narazılıqlarının neytrallaşdırılmasına xidmət edir. İndi yenə də erməni mediası bu uğursuzluğu gizlədir və hansısa don geyindirməyə çalışır. Bəzi hallarda Rusiya prezidenti Putinin sərt cavabı müxtəlif mənalarda yozulur. Hətta bu rədd cavabına utanmadan “dəstək” adı verməyə çalışan Ermənistan hakimiyyətinin təbliğat maşını bu uğursuzluğu da nailiyyət kimi qələmə verməyə cəhd edir. Elə bununla da bu vaxtadək aldatdıqları daxili auditoruyanı oyatmış olur. Çünki, bu innovasiyalar əsrində, internetin imkanları daxilində erməni toplumu özü Rusiya mətbuatından Putinin “rədd cavabını” gördü və başa düşdü ki, bu zamana qədər Nikol Paşinyan tərəfindən dolanıb və hələ də bu küçədən gələn dırnaqarsı “siyasətçi” onları dolamaq niyyətindədir, bu məqsədlə də manipulyasiyalar edir. Amma bunun çox üzün sürməyəcəyinə əmin olan erməni politoloqları da iddia edirlər ki, erməni cəmiyyəti bu hiyləgər Soros itinin manipulyasiyalarından duyuq düşüb və bu dəfəki oyunları keçərli deyil. Artıq Paşinyana ünvanlanan narazılıqlar, ittihamlar, təhqirlər, istefa tələbləri açıq-aşkar səsləndirilir, baxmayaraq ki, bu ölkədə söz azadlığına rəsmi, hüquqi şəkildə veto qoyulub. Ən yaxın zamanda Paşinyanın özünün də qoşulduğu idarəedilməz kütlə onun axırına çıxacaq deyə düşünən erməni siyasətçiləri, siyasi ekspertləri da günü-gündən artır. Deməli, nəinki məktubdakı tələbinin, onun özünün də rədd edilməsinə saylı günlər qalır.

Məsələ burasındadır ki, iti qovan hərbi texnikası, silah sursatı ilə Azərbaycan Ordusu Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında uğurlu hərbi əməliyyatlarını davam etdirir və bu əməliyyatlar manipulyatorun öz xalqı tərəfindən rədd edilməsi üçün qalan həmin o saylı günlərin sayını bir az da azaldır, onun rədd ediləcəyi günü yaxınlaşdırır. Heç şübhəsiz ki, rəşadətli Azərbaycan Ordusunun zəfərləri bunu bir az da tezləşdirir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə