Ermənistan hökuməti Qarabağ ermənilərinin əlində aciz qalıb ANALİTİK

Ermənistan hökuməti Qarabağ ermənilərinin əlində aciz qalıb ANALİTİK

Qarabağdakı torpaqlarımızı zəbt etmiş ermənilərin indi də Ermənistana kütləvi axınları qarşısında aciz qalan düşmən ölkənin hökuməti bunu tam etiraf etməsə də, artıq çətinliklərin artdığını da etiraf etmək məcburiyyətindədir. Ermənilərin sosial şəbəkə seqmentlərində hay-harayları da belə qənaətə gəlməyə zəmin yaradır ki, Paşinyan hökuməti Qarabağ məğlubiyyətinin acısını yaşaması ilə yanaşı, oradan qaçan insanların da ağırlığına tab gətirə bilmir və sosial-məişət problemlərini həll etməkdə ciddi çətinliklərlə üz-üzə qalıb. Hətta Əmək və sosial məsələlərlə iş üzrə nazirliyin 114 nömrəli qaynar xəttinin də davamlı məşğul olması, eyni zamanda zəngləri cavabsız qoyması faktı da xalqı sərt şəkildə qıcıqlandırıb.

Minnət qoyur, ittiham edir, yalan danışır və etiraf edir

Nazir Zauri Batoyan bütün bunların yerinə yalanlarını sırıyır və eyni zamanda, ittiham edən tərəfləri öz ittihamları ilə susdurmağa cəhdlər göstərir. “Əmək və sosial məsələlərlə iş üzrə nazirliyin 114 nömrəli qaynar xəttinin cavab verməməsi həqiqəti əks etdirmir”. SİA xəbər verir ki, bunu nazir Zauri Batoyan jurnalistlərlə söhbətində deyib. Onun sözlərinə görə, Qarabağdan gəlmiş insanların evlərlə təmin olunmaması və açıq hava altında qalması barədə məlumatlar da doğru deyil. Amma...

Maraqlıdır ki, erməni nazir paytaxt İrəvan da daxil olmaqla ölkənin bütün şəhərlərində yaşanan xaos və pərakəndəliyi gizlətmək üçün əksinə - ön cəbhədən qaçmış insanları ittiham edib və bu cür insanları yalnız öz mənzil şəraitlərinin yaxşılaşdırmaları barədə düşündüklərini bildirib. O, bir reallığı etiraf edib ki, dövlətin buna gücü çatmır. “Təəssüf ki, Ermənistanın onların tələb etdikləri şəraiti yaratmağa imkanları məhduddur”, deyən Ermənistanın Əmək və sosial məsələlərlə iş üzrə naziri digər imkanların da məhdud olduğunu bildirib.

“İlk növbədə, biz insanların başlarının üstündə damlarının olmasını və qida ərzaqlarının təmin olunması məsələsini həll edirik”, Batoyan demək olar ki, ermənilərin üzərinə minnət qoymağı da unutmayıb..

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə