İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafla bağlı proqram hazırlanacaq - AÇIQLAMA

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafla bağlı proqram hazırlanacaq - AÇIQLAMA

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi inkişafla bağlı proqram hazırlanacaq. SİA-nın məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Türk Ticarət və Sənaye Palatasının növbədənkənar iclasından sonra mətbuata açıqlamasında deyib.

O qeyd edib ki, təşkilata üzv ölkələr işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının, turizmin və digər sahələrin inkişafı ilə bağlı birgə fəaliyyət göstərəcək.

Onun sözlərinə görə, Macarstan və Türkmənistan da bu fəaliyyətə qoşulacaq. M.Musayev bildirib ki, bununla bağlı məsələ iclasın bəyanatında da öz əksini tapıb.

Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifatı də əlavə edib ki, Qarabağın inkişafına hər bir dəstək verməyə hazırıq.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə