“Hansı əsasla Rusiya Federasiyasının ordusu, rus əsgəri ermənilərə yardım etmək üçün ölməlidir? Bizə ikinci Əfqanıstan lazım deyil.”
SİA xəbər verir ki, bu sözləri RLDP-nın lideri Vladimir Jirinovski Rossiya-1 kanalında yayımlanan “Vladimir Solovyovla bazar axşamı” verilişindəki çıxışında deyib.
RLDP liderinin sözlərinə görə, Ermənistan yalnız Rusiyanın tərkibinə daxil olduğu halda Moskva bu ölkəyə kömək edə bilər.
“Yalnız bu halda bütün problemlər aradan qalxa bilər”, deyə Vladimir Jirinovski sözügedən kanalda çıxışı zamanı bildirib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB