“Rusiyaya müraciət acınacaqlı vəziyyətə görə edildi” Mher Qriqoryan

“Rusiyaya müraciət acınacaqlı vəziyyətə görə edildi” Mher Qriqoryan

"Ermənistan bir ay davam edən müharibədən sonra niyə Rusiyadan kömək istədi? İlk əvvəldən kömək istəməyə üzü yox idi ermənilərin, yoxsa, rusları özlərinə borclu hesab edirdilər və düşünürdülər ki, istəmədən belə bu köməyi Ermənistana etməyə Rusiya borcludur? Yaxud, bütün bu şübhə dolu sualların fonunda niyə Ermənistanın baş naziri Nikol Paşinyan düz bir ay sonra Rusiya prezidenti Vladimir Putinə kömək etmələri ilə bağlı yalvarış məktubu yollamalı oldu? Hər halda bu suallar hər kəsi, ələlxüsus məğlubiyyətləri barədə informasiyalar gizlədilən, dezinformasiyalarla aldadılan erməni cəmiyyətini daha çox maraqlandırır".
SİA-nın Ermənistana məxsus armenainreport.com-a istinadla verdiyi məlumata görə, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Parlamentin dəhlizində jurnalistlərin sualını cavablandırarkən deyib.

O, etiraf edib ki, bu müraciət mövcud acınacaqlı vəziyyətlə əlaqədardır: “Mövcud acınacaqlı vəziyyətə görə Rusiyaya müraciət etmək qərarı verildi. Qoşunların dislokasiyası və yığılması Ermənistan sərhədləri üçün təhlükə yaratdı ki, beləliklə də belə bir qərar verildi”.

Mher Qriqoryan Ermənistan baş nazirinin yüksək rütbəli hərbi personalla məsləhətləşmələrdən sonra Putinə müraciət etməsi barədə məlumatı da təsdiqlədi.

Xatırladaq ki, 31 oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə məktub göndərib və bu məktubda “Rusiya və Ermənistan arasında “Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi”-nin ikinci bəndinə əsasən təcili olaraq Ermənistana yardım göstərilməsinə dair məsləhətləşmələrə başlamağı xahiş edib. Rusiya prezidenti isə öz növbəsində, münaqişənin Ermənistan ərazilərinə daşınması zamanı Rusiyanın müdaxiləsinin ola biləcəyini xatırladaraq, erməni baş nazirin komək, yardımla bağlı xaişinə bir növ rədd cavabı verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə