Sarkisyan: “Dalğıq Qarabağda müharibənin başlanması mümkündür”

Sarkisyan: “Dalğıq Qarabağda müharibənin başlanması mümkündür”

Dağlıq Qarabağ münaqişəsi yalnız tərəflər arasında kompromis əldə etmək yolu ilə öz həllini tapa bilər. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın dövlət başçısı Serj Sarkisyan Rusiyanın "Moskovskie novosti" qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, bütün bu illər ərzində tərəflər yalnız kompromis yolları axtarıblar: "Lakin "Qırmızı xətt" deyilən bir nüans var. Burada söhbət xalqların öz müqqədəratını həll etmək prinsipindən gedir. Belə ki, Dağlıq Qarabağ xalqı gərək taleyini özü həll etsin".

"Dalğıq Qarabağda müharibənin başlanması mümkündürmü?" sualına cavabında Sarkisyan bildirib: "Hesab edirəm ki, bu hal mövcuddur".

Sarkisyan müsahibəsində həmçinin Rusiyaya da yaltaqlanmağı unutmayıb: "Rusiyanın region ölkələrinin təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rolu var. Rusiyadan çox şey asılıdır. O, Türkiyə kimi birtərəfli mövqe tutmur".

Bütün xəbərlər Facebook səhifəmizdə