Sinan Oğan “Eurovision-2011”də qalib olan Azərbaycanı təbrik edib

Sinan Oğan “Eurovision-2011”də qalib olan Azərbaycanı təbrik edib

Türkiyə Azərbaycan Dərnəyinin başçısı Sinan Oğan "Eurovision-2011"də Azərbaycanın qalib olması münasibətilə təbriklərini göndərib. SİA-nın xəbərinə görə, Sinan Oğanın təbrik məktubunda qeyd olunur: "Eurovision 2011"də qalib olan Azərbaycanı təbrik edirəm. Bu birincilik hamımızın qələbəsidir. Türk dünyasının gözü aydın olsun. Mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü həftəsində onun məşhur sözü olan bir millətin iki dövləti olduğumuzu dost da, düşmən də gördü. Türk bayrağını dalğalandıran Azərbaycan Bursada çirkin təxribat edənlərə də türk yumruğu atmış oldu. Bozkurt salamı verən Eldarı təbrik edir, türk bayrağı ilə səhnəyə çıxan Nigarı salamlayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə