"Amnesty International"-ın bəyanatı Azərbaycanın uğurudur - AÇIQLAMA

"Amnesty International" Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqlədi. Təşkilat adından yayılan bəyanatda klaster silahlardan istifadəni yasaqlayan Konvensiyaya istinad edilərək bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bu yasağı pozması nəticəsində oktyabrın 28-də Bərdədə 21 mülki şəxs həyatını itirib, 70 nəfər isə yaralanıb. Eyni zamanda, təşkilatın mütəxəssisləri - hərbi ekspert Brian Castner, keçmiş BM hərbi müşaviri Marc Garlasco və tədqiqatçı Justin Bronk şəhərə erməni qüvvələri tərəfindən atılan silahın markası, texniki göstəriciləri barədə detallı bilgilər veriblər. "Amnesty International"ın Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Marie Struthersin adından yayılan bəyanatda isə "Klaster silahlarla mülki bölgələrə atəş edilməsi" kəskin şəkildə pislənilir.Bununla yanaşı, Rusiya istehsalı olan 9M55 Smerch raketlərindən açılan atəş Bərdədə "Vice News"in müxbirləri tərəfindən də lentə çəkilib. Açıqlamada o da qeyd olunur ki, "Kasetli sursatlardan mülki ərazilərə qarşı istifadə etmək amansızlıqdır və məsuliyyətsizlikdir. Bu, çoxsaylı insan itkisinə, yaralanmaya səbəb olur". Kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi beynəlxalq humanitar hüquqa əsasən qadağandır. Bu faktın özü də təşkilat bəyanatında qeyd edilib". SİA-nın məlumatına görə, bunu açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. Ekspertin sözlərinə görə, buradan isə bir şey məlum olur, o da dünya ictimaiyyətinin nəhayət ayılmasıdır: "Paşinyan ölkədə və orduda olan iflic vəziyyəti kütləvi informasiya vasitələrinə məhdudiyyət gətirməklə gizlətməyə çalışsa da bu cəhdlərin heç biri alınmadı. Artıq gündən-günə tənəzzül edən Ermənistanda nə baş verdiyinin hər kəs fərqindədir. Belə ki, illərlə orduları haqqında yaratdıqları "məğlubedilməz mif" Azrbaycanın mərd oğulları tərəfindən döyüş meydanında dağıdılırsa, diplomatiya və informasiya savaşında da əldə olunan uğurlar onların bir heç olduğunu dünyaya sübut edir. Nəzərə alsaq ki, "Amnesty International" hər zaman qərəzli mövqe sərgiləyib, o zaman əminliklə deyə bilərik ki, Bərdə şəhərində yaşanan hadisələr barədə bəyanat bu istiqamətdə yeni bir mərhələnin başlanğıcından xəbər verir". Politoloq bildirib ki, bu bəyanat dünyaya adətən bir hörümçək toru, zəhər tuluğu kimi səpələnmiş erməni lobbisinin, diaspora təşkilatlarının məğlubiyyətidir: "İllərlə olmayan saxta tarixlərini, sahib olmadıqları torpağı mənimsəyərək dünyaya özlərininki kimi təqdim etmə cəhdlərinin iflasıdır. Bu gün cənab Prezident başda olmaqla aparılan uğurlu siyasət nəticəsində Erməni diaspora nümayəndələrinin illərlə qrantlarla, şirnikləşdirici vədlərlə, hətta təhdid və hədələrdə etdikləri bütün cəhdlərin qarşısı əzmlə alınır. Bu cür təşkilatların isə Azərbaycan haqqında reallıqları görməyə başlaması bizim uğurumuzdur. Burada ən önəmli məsələ cənab Prezident İlham Əliyevin sentyabrın 27-dən başlayaraq gecə-gündüz demədən dünyanın aparıcı KİV-lərinə verdiyi silsilə, sistemli müsahibələr, səsləndiriləni məntiqli, inandırıcı arqumentlər, diplomatik müstəvidə yürüdülən səriştəli siyasət qəti olaraq sözünü dedi. Artıq erməni şəbəkəsinin gerçəkləri gizlətməsi, Azərbaycan haqqında yalan-yalan informasiyalar yayaraq beynəlxalq ictimai rəyi çaşdırmasının qarşısı qəti olaraq alınır. Erməni barbarlığını özündə əks etdirın faktların kütləvi və sistemli şəkildə beynəlxalq təşkilatlara təqdim edilərək lazımi reaksiyalar alınması cənab Prezident başda olmaqla Azərbaycanın uğurudur". Ş.Həsənova vurğulayıb ki, bu gün cənab Prezident, həm orduda, həm diplomatik masada, həm də informasiya məkanında savaşır və əsil Ali Baş Komandan funksiyasının nə demək olduğunu bütün dünyaya nümayiş etdirir: "Məhz bu baxımdan da Ali Baş Komandan başda olmaqla döyüş bölgəsində əsgər və zabitlərimiz, hərbi qulluqçularımız, siyasi və diplomatik sferada diplomat və siyasətçilərimiz, informasiya məkanında isə kütləvi informasiya vasitəsi sahəsində çalışan insanlarımız, ictimai xadimlərimiz, sosial şəbəkələrdə də ən az bu insanlar qədər gecə-gündüz mübarizə aparan siravi vətəndaşımız Ermənistan və erməni üzərində qalibdir. Tezliklə Şuşa qələbəsini yaşamaq eşqi ilə".
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...