XİN: \"İran Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərə yardım etməyə hazırdır\"
İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində heç bir dəyişiklik olmayıb. SİA-nın İSNA agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst deyib. Onun sözlərinə görə, İran münaqişənin həllində tərəflərə yardım etməyə hazırdır.
Jurnalistlərin İranın Ermənistandakı səfirliyinin Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatı ilə bağlı suallarını cavablandıran Mehmanpərəst həmçinin bildirib: "İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və beynəlxalq qanunlar çərçivəsində həllinin və danışıqların davam etdirilməsinin tərəfdarıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB