Ermənistanın sabiq müdafiə naziri ölkədən qaçır

Ermənistanın sabiq müdafiə naziri ölkədən qaçır

Ermənistanın sabiq müdafiə naziri, hazırda bu ölkənin ordusunun baş hərbi inspektoru, general-polkovnik Mikael Arutyunyan ölkədən gedir. SİA-nın xəbərinə görə, bu ölkədə nəşr olunan "Jamanak" qəzeti özünün etibarlı mənbələrinə istinadən yaydığı məlumata görə, M. Arutyunyan Ermənistanı tərk etmək niyyətindədir.

Qəzetin məlumatında deyilir ki, M. Arutyunyan öz ailəsini Çexiyaya köçürmək istəyir. Məhz uzun illər general-polkovnik yığdığı pulları bu ölkəyə yatırırıb.

Hətta xəbərin dəqiqliyini sübut etmək üçün qəzet iddia edir ki, son zamanlar Ermənistanın hərbi hissələrində yoxlamaları Mikael Arutyunyanın əvəzinə general-mayor Leonid Martirosov aparır. Belə ki, Ermənistan ordusunun yüksək rütbəli zabitlərinin ölkəni tərk etmək istəmələri ölkənin daxili vəziyyətindən xəbər verir.

Bütün xəbərlər Facebook səhifəmizdə