"Cenevrə görüşündən heç bir gözlənti yoxdur" Edmon Marukyan

Zöhrab Mnasakanyan və Ceyhun Bayramovun Cenevrədəki nəzərdə tutulan görüşü, başa düşdüyümüz kimi, barışıq yaratmaq məqsədi daşımır, əksinə bir cəhddir və ya danışıqların başlanğıcıdır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri “Parlaq Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan brifinqdə bildirib.

Məlumatda, parlamentdəki siyasi qüvvələrə Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin müzakirə edəcəyi barədə heç bir şəkildə məlumat verilmədiyini qeyd edilir.

“Bu danışıqların məzmunu barədə açıq və ya qapalı kanallarla heç birimizə məlumat verilməyib. Ümumiyyətlə, bu görüşdən heç bir gözləntim yoxdur, çünki atəşkəsə riayət edilmədiyi müddətdə təsirli danışıqlar aparıla bilməz”, deyə Edmon Marukyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə