Azərbaycan Prezidenti və ölkəmizin birinci xanımı “Evrovision - 2011”in qaliblərini təbrik edib

Azərbaycan Prezidenti və ölkəmizin birinci xanımı “Evrovision - 2011”in qaliblərini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyeva mayın 15-də Eldar Qasımov və Nigar Camala telefonla zəng edərək, onları Almanıyanın Düsseldorf şəhərində keçirilən 56-cı, "Evrovision - 2011" mahnı müsabiqəsində qazandıqları parlaq qələbə münasibətilə təbrik etmiş və bu istedadlı gənclərə yeni-yeni uğurlar arzulamışlar.

SİA AzərTac-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev və Mehriban xanım gənclərimizin Avropanın 43 ölkəsinin təmsilçiləri arasında birinci yer tutmasını Eldar və Nigarın qələbəsi olmaqla yanaşı, eyni zamanda, dövlətimizin və xalqımızın böyük uğuru olduğunu vurğulamışlar.

Eldar Qasımov və Nigar Camal təbrikə görə Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirmiş, qələbəyə aparan yolda onlara daim göstərilən dəstəyə, diqqət və qayğıya görə təşəkkür etmişlər.

TÜRKAN

Bütün xəbərlər Facebook səhifəmizdə