"Avtobuslarda hərbçilərin hərəkəti qadağan edilməlidir" Tiqran Abrahamyan

“Anaket” analitik mərkəzinin təsisçisi və rəhbəri, qondarma Dağlıq Qarabağ respublikası prezidentinin təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Tiqran Abrahamyan təkliflə çıxış edib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə o Facebook səhifəsində paylaşıb.

“Cəbhəni avtomobillərlə təmin edənlər üçün 7 nəfərlik avtomobillərlə doldurulma məsələsinə baxmağı təklif edirəm. Avtobuslarda, böyük nəqliyyat vasitələrində qoşunların hərəkəti qadağandır, çünki onlar çox təhlükəlidir.
Son 2 ildə Ermənistanda 7 yerlik avtomobillərin idxalında bum yaranıb. Onlar ucuzdur və küçələr bu avtomobillərlə doludur”, deyə Tiqran Abrahamyan bildirib.

Görünür, döyüş zonasında hərbçilərin avtobuslarda, böyük nəqliyyat maşınlarında çox sayda məhv edilməsindən bərk narahatlıq keçirir və Abrahamyanın timsalında bu hər ermənini belə düşündürür.

Xatırladaq ki, 27 sentyabr tarixində Ermənistan tərəfinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks əməliyyatlara, antiterror əməliyyatlarına başlayıb və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu əməliyyatlar nəticəsində düşmən çox sayda canlı qüvvə, hərbi texnika və silah-sursat itgisinə məruz qalıb, eləcə də işğal etdikləri torpaların bir hissəsindən çıxarılıb, ərazilər işğaldan azad edilib. Onu da qeyd edək ki, bu antiterror və işğalçılardan ərazilərin azad edilməsi əməliyyatları zamanı düşmənin hərbçiləri daşıyan avtomobilləri hədəf alınaraq çoxlu sayda terrorçu hərbçi məhv edilərək zərərsizləşdirilib. Məhz bu baxımdan ermənilər indi 7 yerlik avtomobillərdən istifadəni tətbiq etməklə itgilərin sayının azaldılmasını düşünür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə