"Paşinyanın devrilməsi istiqamətində siyasi və hərbi elita birləşəcək" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanın əks-həmlə əməliyyatı Laçın dəhlizi uğrunda davam edir. Ermənistanın əlavə qüvvələr gətirməsinə baxmayaraq məğlubiyyətə uğrayacaqlar". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Ermənistandan heç bir yüksək rütbəli məmur və siyasətçilər Qarabağa gələ bilmir. Laçın dəhlizinin götürulməsi Ermənistan siyasətində kataklizmə gətirəcək: "Azərbaycan Qarabağla Ermənistan arasında ilkin mühasirə mərhələsinə başlayıb. Əməliyyatlar uğurla davam etməklə, korridor Azərbaycanın tam nəzarətinə keçəcək.

Bundan əlavə, Xocavənd istiqamətində döyüşlər erməniləri tükədir. Ermənistana göndərilən silahların Qarabağa göndərilməsi də çətinləşəcək. Hərbi mərhələnin ən aktiv fazası yaşanır. Azərbaycan siyasi - hərbi məqsədlərinə 10 gün ərzində çatmış ola bilər. Nəticədə N. Paşinyanın devrilməsi istiqamətində siyasi və hərbi elita birləşəcək. Rusiyada bu prosesdə Nikolun getməsi üçün Koçaryan klanını bu rolda aktiv tutacaq. Azərbaycanın hərbi uğurları hər keçən gün Ermənistanda siyasi böhranı dərinləşdirir. Ermənistan parlamenti yenidən terrorun hədəfi ola bilər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə