Ermənistanın Azərbaycanın mülki yaşayış yerlərini hədəf alması Türkiyə mətbuatında

Türkiyə KİV-ləri Ermənistanın elan olunan atəşkəsə məhəl qoymadan Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən mülki yaşayış yerlərini növbəti dəfə hədəf almasına kəskin reaksiya verib.

SİA xəbər verir ki, Türkiyənin Anadolu Agentliyi, TRT kanalı, Haber Global, NTV, Haberler.com və digər media qurumları tərəfindən yayımlanan xəbərlər və reportajlarda oktyabrın 27-də axşam saatlarında Ermənistanın Bərdə şəhərinə raket zərbələri endirməsi və dinc sakinlərin, eləcə də uşaqların həlak olması, yaralanması haqqında məlumatlar yer alıb.

Xatırladaq ki, ANAMA-nın məlumatına görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb. Hadisə nəticəsində biri iki yaşlı körpə qız olmaqla, 4 mülki şəxs həlak olub, 13 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə