Təhsil naziri: "Bərdəyə hücum nəticəsində daha bir məktəbli həyatını itirib"

Bu gün Bərdəyə hücum nəticəsində daha bir məktəbli həyatını itirib.

SİA-nın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində bildirib.

"Həlak olan Aysu İsgəndərova Bərdə rayonunun Qarayusifli kənd tam orta məktəbinin 2-ci sinif şagirdi idi", - məlumatda belə deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə