Paşinyandan çıxmayan iş - ancaq səbəbsiz şey olmur... - ŞƏRH

"Paşinyanın bu qədər pozucu, irticaçı və yalançı davranışlardan sonra etirafda bulunması çox təəccüblü görünsə də, səbəbsiz deyil. O etiraf etdi ki, ordusu çətin durumdadı və geri çəkilməyə məcbur olub. Paşinyan inanılmaz etirafı niyə edib?". SİA-nın məlumatına görə, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Ekspert bildirib ki, əslində olanı etiraf etsə də, bu bir oyundur: "Bütün dünya aydın görür ki, Azərbaycan ordusu müqayisəolunmaz üstünlüklər göstərir və bu halda Paşinyan dünyaya şəksiz məlum olan bir həqiqətin etirafı ilə bütün əvvəlki yalanlarını guya müdafiə etmək istəyib. Dürüst dövlət adamı kimi tanınmaq istəyir, gec də olsa".

A.Quliyev vurğilayıb ki, Ermınistanın dostlarını , diasporu və himayədarlarını daha geniş dəstək addımlarına sövq etməklə onlardan daha çox şey qoparmaq istəyir: "Həmişə sızıldamaq kimi süleysün və dilənçi erməni xisləti özünü yenə göstərir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...