"Heç bir dövlət bizə silah hədiyyə etməyəcəkdi" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan neft gəlirlərindən güclü ordu yaradaraq işğal olunmuş əraziləri azad edir. Azərbaycan ordusunun arsenalında olan silahlar müasir 5-ci nəsil silahlarının alınmasına milyardlarla dollar xərcləyib. Çox vaxt hakimiyyətin neft siyasəti tənqid edilirdi. Amma nəticə ortadadır. Heç bir dövlət bu silahları və birgə istehsalı bizə hədiyyə etməyib. Bu silahların hamısı neft gəlirlərindən qaynaqlanır. Rusiyadan, İsraildən, qardaş Türkiyədən bu silahları öz pulumuza almışıq". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Bakı-Ceyhan neft kəmərinin 40% İsrailə gedir: "Əvəzində isə, bizə müasir silahlar və yerli hərbi sənayenin qurulmasına yardım etdi. Burada bütün yollar bu günə və gələcəyə- Qarabağa aparırdı. Həmçinin, neft gəlirlərindən yerli müdafiə sənayesi yaradıldı, İsraillə birgə silah zavodları inşa edildi. Artıq neft pulları ilə aldığımız silahlarla biz Qarabağı azad edirik. Əgər bizim neft gəlirlərimiz olmasaydı, işğal davam edəcəkdi və heç bir dövlət bizə silah hədiyyə etməyəcəkdi. Hansısa bir dövlətin himayəsinə sığınacaqdıq. Müstəqilliyimiz olmayacaqdı. Məhz uğurlu enerji siyasətinin nəticəsidir ki, Avropa, ABŞ və Rusiya hazırda Qarabağ məsələsində neytrallağını qoruyur. Bu gün Rusiyada Azərbaycanın müasir hərbi üstünlüyünün fərqindədir. Məhz budur inkişaf. Bəli, prezident İlham Əliyev neft gəlirlərindən ordunun maddi-texniki bazasının gücləndirilməsinə yönəltməklə, işğalın bitməsi üçün çalışdı. Həqiqətən bu gün ordunun şəxsi heyətinin maddi rifahı və hərbi-texniki imkanları yüksək səviyyədədir. Məhz buna görə də ordumuz bizə sevinc yaşadır. Bu illər ərzində neft bumundan səmərəli istifadə edildi deyə bilərik.

Qeyd etmək lazımdır ki, Azərbaycan neft ixracına görə ən axırıncı yerlərdə qərarlaşıb və ölkəmiz OPEC də elədə bir neft istehsalına görə qabaqcıl ölkə deyil. Buna baxmayaraq, neft gəlirləri bizə bu illər ərzində toparlanmağa, ordumuzu və digər sahələrdə inkişafımıza böyük dəstək oldu. Müəyyən problemlər olsa da, əsas problemimiz Qarabağın işğalda olması idi. Artıq Qarabağı inkişaf edən hərbi üstünlüyümüzlə alırıq. Bu uğurlu siyasətin banisi həqiqətən prezident İlham Əliyevdi. Ölkəmiz yeni qaz gəlirlərinə hazırlaşır. Biz Baki-Tiflis-Ceyhan neft kəmərindən gələn gəlirlərlə ordunu gücləndirib Qarabağı işğaldan azad edirik. Cənubi Qaz Dəhlizi və onun əsas seqmentləri olan TANAP və TAP-dan növbəti ildən başlayan gələn gəlirlərlə Qarabağda infrastrukturun yaradılması və köçkünlərin oraya köçürülməsinə nail olacağıq. Neft və qaz gəlirlərindən Qarabağı azad etməklə və orada yaşayışı təmin etdikdən sonra, həmin ərazilər bizə gəlir gətirəcək. Qarabağ turizm zonasıdır və orada gələcəkdə turizmin inkişafı olacaq. Həmçinin, kənd təsərrüfatı üçün geniş perspektivləri var. Bundan əlavə, ölkədə içməli su problemlərimiz həll olunacaq. Nəzərə alaq ki, işğal olunmuş ərazilərimiz şirin suyun əsas mənbəyidir. Azərbaycanın aran rayonlarında suvarma sistemləri təmin ediləcək və ölkənin aran zonası əsas əkinçilik sahəsinə çevriləcək. Göründüyü kimi, biz neft və qaz gəlirlərindən səmərəli istifadə etməklə, ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə yanasi, neft asılılığına da son qoyulacaq. Ölkəmizdə turizm, kənd təsərrüfatı və digər sahələr inkişaf edəcək. Məhz budur əsas inkişaf strategiyası".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...