“Muzdluların cəlb edilməsi beynəlxalq cinayətdir” – Ramil İskəndrəli

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib qanunsuz silahlı birləşmələr yaratmaları, eləcə də ərazilərimizin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilib. Baş Prokurorluq bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə hansı qaydada gəlmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində videoçarxlar hazırlamışdır.

“Ermənistanın ordu sıralarında başqa ölkələrdən gələn şəxslər döyüşür. Suriya və Livanla yanaşı, ABŞ, Kanada və xüsusilə Fransadan gələn ermənilər Ermənistanın ordu sıralarına qoşulur”. Bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İngiltərə Əcnəbi Jurnalistlər Dərnəyinin onlayn tədbirində çıxışı zamanı deyib.

“PKK terror təşkilatının müharibəyə qoşulması ilə bağlı narahatlığımız var. Onlar da Ermənistan silahlı qüvvələrinin sıralarında yer alırlar. Əsasən də ilk müdafiə xəttinə təyin olunurlar”, – deyə H.Hacıyev bildirib.

Bir neçə gün bundan əvvəl Hikmət Hacıyev “Twitter” hesabında məlumat vermişdi ki, “Ermənistandan fərqli olaraq, Azərbaycan muzdluların işə götürülməsinə, istifadəsinə, maliyyələşdirilməsinə və təliminə qarşı 1989-cu il Konvensiyasına 1997-ci ildə qoşulub. Ölkəmizin qanunlarına əsasən muzdlu cəlb etmək cinayətdir”.

Ümumiyyətlə, muzdlular kimdir və onların müharibəyə cəlb olunmasına qarşı beynəlxalq hüquq nə deyir?

Bu suala cavabı beynəlxalq hüquq üzrə ekspert, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Biriyinin sədri, Almaniyanın Avropa Viadrina Universitetinin “Beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə” magistr dərəcəsini almış Ramil İskəndərli verib. Onun mövzu ilə bağlı verdiyi acıqlanmanı olduğu kimi təqdim edirik:

Muzdlu anlayışı

Muzdlu anlayışı 1949-cu il Beynəlxalq Silahlı Münqaişələrdə Qurbanların Müdafiəsi haqqında I Cenevrə Konvensiyasının I Əlavə Protokolun (1977) 47-ci maddəsində öz ifadəsini tapmışdır. Həmin maddəyə əsasən muzdlunun kombatant və ya hərbi əsir statusu almaq hüququ yoxdur. Yəni bu şəxslərin hərbi münaqişədə iştirakı qanunsuzdur.
Həmin maddədə göstərilir ki, muzdlu elə bir şəxsdir ki:
a) silahlı münaqişədə vuruşmaq üçün ölkə daxilindən və ya xaricdən xüsusi olaraq cəlb edilmişdir;
b) faktiki olaraq, döyüş əməliyyatlarında bilavasitə iştirak edir;
v) əsasən şəxsi mənfəət götürmək niyyəti ilə döyüş əməliyyatlarm- da iştirak edir və həqiqətən də, münaqişədə iştirak edən Tərəfdən və ya bu tərəfin tapşırığı ilə ona həmin tərəfin silahlı qüvvələrinə daxil olub, eyni rütbə və vəzifələri daşıyan döyüşçülərə və’d edilən və ya ödənilən haqdan xeyli artıq maddi haqq vəM edilmişdir.
q) nə münaqişədə iştirak edən Tərəfin vətəndaşı, nə də münaqişədə iştirak edən Tərəfin nəzarət etdiyi ərazinin daimi sakini deyildir;
ğ) münaqişədə iştirak edən tərəfin silahlı qüvvələrinin üzvü deyildir; və j) münaqişədə iştirak edən tərəf olmayan Dövlət tərəfindən onun silahlı qüvvələrinin üzvü kimi rəsmi vəzifələri icra etməyə göndərilməmişdir.

Muzdluların cəlb edilməsi cinayətdir

BMT Baş Məclisinin 44-cü sessiyasında 4 dekabr 1989-cu il tarixli qətnamə (44/34) qəbul edilmiş “Muzdlulann cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təlimi ilə mübarizə haqqında” Beynəlxalq Konvensiya” muzdluluqla mübarizədə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası 30 sentyabr 1997-ci il tarixli 366-IQ №-li sənədlə həmin Konvensiyaya qoşulmuşdur.
Muzdluların cəlb edilməsi, maliyyələşdirilməsi, onlardan istifadə edilməsi və onlara təlim keçirilməsi bu Konvensiyaya əsasən cinayət hesab olunur.
Konvensiyaya əsasən göstərilən muzdluların hərbi münaqişələrə cəlb edilməsinə mübarizə məqsədilə iştirakçı dövlətlər milli qanunvericilikdə həmin cinayətlərin törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutmalıdırlar.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114-cü maddəsinə əsasən muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə cinayət hesab olunur.
Ermənistanın Cinayət Məcəlləsinin 395-ci maddəsində də muzdluların cəlb edilməsi cinayət hesab olunur.

Muzdluların cəzalandırılması

1966-cı ildə qəbul edilmiş “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “heç nə hər hansı şəxsin törədilərkən beynəlxalq aləm tərəfindən qəbul olunmuş hüquq prinsiplərinə əsasən cinayət olan hər hansı bir əməlinə, yaxud xətasına görə məhkəməyə verilməsinə və cəzalandırılmasına mane olmur”.
BMT Baş Assambleyasının “Dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa aid beynəlxalq hüquq prinsipləri haqqında” 1970-ci il tarixli Bəyənnaməsində BMT üzv dövlətlərinə muzdluların münqişələrə cəlb edilməsi qadağan edilir.
Göründüyü kimi, muzdlular beynəlxalq hüquq normalarına görə cinayətkar kimi tanınır və məhkəmə qarşısından beynəlxalq cinayətkar qismində cavab verməlidirlər. Muzdluluğa münasibətdə “aut dedere aut judiciare” (mühakimə öhdəliyi) prinsipinə müvafiq olaraq universal yurisdiksiya müəyyən edilmişdir.
Ermənistan hazırda Azərbaycana qarşı muzdluları aktiv cəlb etməklə növbəti dəfə beynəlxalq hüququn normalarını kobud şəkildə pozmaqdadır.

Luanda məhkəməsində müzdluların cinayət mühakiməsi

1976- cı ilin iyun aymda Anqolanın paytaxtı Luandada 13 ingilis və amerikan muzdlusu mühakimə olunmuşdur. Onlar pul müqabilində an- qola xalqına qarşı silahlı mübarizədə iştirak etməyə və əldə silah Anqolanın azadlığına maneçelik törətməyə cəhd etməkdə ittiham olunmuşdular. Muzdlular müharibənin adi qanun və adətlərinə məhəl qoymadan mülki əhalini soyuqqanlılıqla güllələmiş, şəhərləri və vətəndaşların əmlakını qarət etmişlər. Məhkəmədə sübut oldunduğu kimi muzdlular xüsusi qəddarhq göstərərək hətta döyüşməkdən imtina edən həmvətənlərinə də rəhm etməmiş, onlan da güllələmişlər. Luandadakı muzdlular üzərində məhkəmə prosesi bir də onunla əhəmiyyətli idi ki, bəşər tarixində ilk dəfə muzdlular məhkəmə qarşısında cavab verirdilər. A. Poltarak bu prosesi Nümberq prosesi ilə müqayisə edərək göstərirdi ki, “dünya ədalət mühakiməsi tarixində onla- nn hər ikisi birinci idi.
Nürnberqdə ilk dəfə təcavüzə görə, Luandada isə ilk dəfə muzdluluğa görə mühakimə aparılmışdı.
Luanda prosesi dünyada böyük marağa səbəb olmuşdu. Çünki həmin vaxt muzdluluğu cinayət qiymətləndirərək qeyri-qanuni hesab edən konvensiya qəbul olunmamışdı. Muzduların işinə 1 may 1976-cı ildə qəbul edilmiş Anqola milli qanunu əsasında yaradılmış Xalq İnqilab Məhkəməsi baxırdı.
Muzdluluğu qadağan edən xüsusi konvensiyanın olmamasına baxmayaraq, bu əməl beynəlxalq hüququn adət normalan ilə artıq çoxdan qanunsuz hesab olunurdu. Eyni zamanda bir sıra dövlətlərin (İngiltərə, Fransa, Belçika, Fransa, ABŞ və s.) milli qanunvericiliyi ilə öz hökumətindən xəbərsiz xarici orduda qulluq etmək cinayət kimi qiymətləndirilirdi. Bundan başqa ittiham tərəfindən BMT və Afrika Birliyi Təşkilatının muzdluluğu cinayət kimi qiymətləndirən və həmin əməllərin cəzalandırılmasını tələb edən sənədlərinə də istinad edildi. Beləliklə, muzdluluq cinayəti artıq törədilən vaxt həm adət normaları, həm də ayrı-ayrı dövlətlərin qanunları ilə qadağan olunmuşdu. İnqilab Məhkəməsinin hökmü ilə dörd muzdlu ölüm cəzasına, üç nəfər 30 il azadlıqdan məhrum etməyə, üç nəfər 24 il, qalanları 16 il müddətinə həbs cəzasına məhkum olundular. Ölüm hökmü 1976-cı ildə icra edilmişdir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə