Koçaryan Moskvaya getməyə hazırlaşmır

Robert Koçaryan Moskvaya getmək fikrində deyil, o, İrəvandadır. SİA Ermənistana məxsus aysor.am saytına istinadən xəbər verir ki, bu barədə ikinci prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan bildirib.

O, bildirib ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan Moskvaya getməyə hazırlaşmır: "Eks-prezident İrəvandadır və bilmirəm niyə onu Moskvaya göndərməyə qərar veriblər?".

Qeyd edək ki, Robert Köçəryanın Moskvaya getməsi barədə mətbuatda məlumatlar yayılıb.

Xatırladaq ki, Dağlıq Qarabağ və Ermənistandakı narahat vəziyyətlə əlaqədar dünən Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan, həmçinin qondarma Dağlıq Qarabağ respublikasının keçmiş prezidentləri Arkadi Qukasyan və Bako Saakyanın iştirakı ilə məsləhətləşmələr keçirilib.
Robert Köçəryan özü ayrıca qondarma respublikanın keçmiş prezidentləri Arkadi Qukasyan və Bako Saakyanla bir görüş keçirib. Eyni zamanda Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın iştirakı ilə də görüş olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə