Canlı qüvvə ancaq arxa cəbhədə qalıb Artur Vanesyandan etiraf

“Vətən təhlükədədir, indi ən çətin vəziyyətdir”. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri işğalçı ölkənin Milli Təhlükəsizlik Xidmətinin keçmiş sədri, “Rodina” partiyasının sədri general-mayor Artur Vanesyan həmyerlilərinə öz müraciətində deyib.

“Ölkənin vəziyyəti ağır və çətindir, vətən təhlükədədir. Bilirəm ki, canlı qüvvə yalnız arxa cəbhədə qalıb və onlar da məşğuldurlar. Üç həftədir ki, döyüş gedir, ancaq irəliləyiş yoxdur. Od-alov və yağış altında, soyuqda cəbhədə dayanan yoldaşlar köməyə ehtiyac duyurlar. Ermənistan hakimiyyətinin yalanlarının, əsassız tostlarının və məlumat boşluğunun mövcud gerçəkliyi saxta, yanlış sakitliyə səbəb olur, amma inanın ki, həqiqətən də ölkə bir ehtiyac içindədir”, deyə Artur Vanesyan öz müraciətində bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə