“Ürək döyüntüsünü hiss et”

“Ürək döyüntüsünü hiss et”

Dünən gecə keçirilən "Eurovision 2011" final konsertini bütün dünya izləyib. SİA-nın məlumatına görə, müsabiqəyə canlı olaraq 24 min tamaşaçı stadiondan, 125 milyon tamaşaçı isə televiziya vasitəsi ilə tamaşa edib.

Müsabiqə ənənəsinə sadiq qalaraq hər ölkəyə öz mahnısını nümayiş etdirmək üçün 3 dəqiqə zaman ayrılıb. Almaniyanın ev sahibliyi etdiyi bu yarışmanın müsabiqənin rəsmi yayımçısı "NDR" kanalı həyata keçirib.

Final günü Avropa tamaşaçıları ilk olaraq "Eurovision-2011" müsabiqəsinin aparıcılarının ifalarını eşidiblər. Onlarla birgə səhnəyə ötən il müsabiqədə birincilik qazanan və bu ildə ölkəsini bu mötəbər müsabiqədə təmsil edən Lena Mayer çıxıb və ötən il Almaniyaya qələbə gətirən "Satellite" mahnısını tam yeni formada Avropa ictimaiyyətinə təqdim edib.

Final gecəsinin möhtəşəm açılışından sonra son mərhələdə yarışmaq hüququ qazanan 25 ölkə öz mahnıları ilə tamaşaçılar qarşısında çıxış ediblər. Builki müsabiqə "Ürək döyüntüsünü hiss et" şüarı altında keçirilib.

Hər il olduğu kimi bu il də gecənin sonunda ümumi səslərin açıqlanması üçün 43 təmsilçi ölkəyə canlı bağlantı olub.

TÜRKAN

Bütün xəbərlər Facebook səhifəmizdə