Boş xəyalların və hədəflərin puç oldu, Ermənistan - ŞƏRH

"Paşinyanın qızının "Facebook"dakı profilində pessimist ruhda yazdığı status Ermənistan dövlətinin, xalqının və əsgərinin reallığından xəbər verir. Sorosun qulu olan, eyni zamanda ümidini nasist-faşist ideologiyasının daşıyıcılarına, Suriya və Livandan gətirilən kürd terror dəstələrinin muzdlu qüvvələrinə bağlayan Paşinyan son nəfəsini yaşayır. Bu gün cəhədə ciddi məğlubiyyətlə üzləşən Ermənistanın Qərbin ciddi siyasi qüvvələrindən dəstək almaq üçün etdikləri bütün cəhdlər də nəticəsiz qalır. Belə ki, Paşinyan və komandası nə qədər Sorosla bağlı olsalar da Avropadan istədikləri dəstəyi ala bilmirlər. Bunun isə bir səbəbi var. Azərbaycan dövləti müharibə cəbhəsində olduğu kimi cənab Preziden İlham Əliyevin rəhbərliyi altında diplomatik cəbhədə çox uğurlu siyasət aparır. Məhz Paşinyan və onun məntiqsiz addımları nəticəsində Ermənistan uçuruma sürüklənir. Ağır günlərini yaşayan Nikol Paşinyanın yeganə çıxış yolu işğal edilmiş Azərbaycan torpaqlarından geri çəkilməkdir. Ermənistanın baş naziri, bu müharibənin əsas səbəbkarı, Ermənistanın siyasi və hərbi məğlubiyyətlərinin əsas səbəbkarı Nikol Paşinyan hər an hakimiyyətdən uzaqlaşdırıla bilər. Buna səbəb Ermənistanın açıq-aşkar hərbi məğlubiyyəti, eyni zamanda hakimiyyətə gəlmədən öncə arxasında dura bilməyəcəyi vədlər verməsidir". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, bu gün hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu əyani şəkildə bütün dünyaya sübut edir ki, ordumuz dəfələrlə yaxşı təchiz olunub, daha əzmlidir və elə bunun nəticəsidir ki, onun döyüş ruhu da yüksəkdir: "Buna səbəb isə Azərbaycan əsgərinin öz tarixi əraziləri uğrunda vuruşmasıdır. Bütün dünya birliyi də Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır. Ən müasir texnika və silah-sursatlarla silahlanan Azərbaycan kimi ölkə ilə müharibə aparmaq Ermənistan üçün fəlakət deməkdir. Bu gün Ermənistanın bütün əhalisi müharibədə, cəbhəboyu döyüş əməliyyatlarında uduzduqlarının aydın şəkildə fərqindədirlər. Artıq hər bir erməni yaxşı anlayır ki, ölkəsinin hərbi potensialı az qala məhv edilib. Böyük sayda əsgər ölümlərinin olması da reallıqdır. Hətta sadə ermənilər orduda olan minlərlə yaxınından, tanışından xəbərsizdir, itkin düşənlərin sayı isə hər keçən gün hər gün artır. Paşinyan hakimiyyəti hər nə qədər medianı məhdudlaşdırsa da erməni cəmiyyəti sosial şəbəkələr vasitəsilə əsil reallıqdan xəbər tuturlar. Xalq Paşinyanın ölkəni məhv etdiyini aydın görür".

Ş.Həsənova vurğulayıb ki, Paşinyanın qızının bu açıqlaması da ailəsində olan psixoloji durumdan xəbər verir: "Bu açıqlama onun atasının ciddi şəkildə qorxu içində olduğundan və xalqdan ehtiyat etdiyindən xəbər verir. Müharibənin də gətirdiyi iqtisadi-sosial çətinliklər fonunda da etiraz aksiyalarının baş verməsi və bezən ermənilərin meydanlara axın etməsi an məsələsidir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...