"Gürcü legionu"nun komandiri: "Rədd olub Azərbaycan torpaqlarından çıxsınlar" XƏBƏRDARLIQ

Ukraynanın şərqində separatçılarla döyüşlərdə 25-ci əlahiddə "Kiyevskaya rus" motoatıcı batalyonunun tərkibində döyüşən "Gürcü legionu" terrorçu Ermənistana və qondarma, quldur "dqr" rejiminə sərt xəbərdalıq mesajı ünvanlayıb.

SİA-ya daxil olan məlumata görə, legionun komandiri Mamuka Mamulaşvili mesajında bildirib. SİTAT: "Əgər Gürcüstanın əzəli və əbədi ərazisi olan Samtsxe-Cavaxetiya ilə bağlı ermənilərin ərazi iddiaları və separatçılıqları səngiməzsə, mütləq adekvat cavabları veriləcək. Ermənilər bilsinlər ki, qarşılarında "Gürcü legionunu" görəcəklər. Qarabağ məsələsində də mövqeyimiz bəllidir. Ermənistan qoşunları rədd olub çıxmalıdır Azərbaycan torpaqlarından. Çıxmazsa, başa sala bilərik".

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...